Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

AQTA yoxladı: “Oba”nın bu məhsulları qurdludur

Tarix: 18-12-2019 08:45     Baxış: 3222 A- / A+
AQTA yoxladı: “Oba”nın bu məhsulları qurdludur

“Oba Retail Chain” MMC-yə məxsus ticarət mərkəzində aparılan yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. Qurumdan qeyd edilib ki, KİV-də yer alan məlumatlar əsasında AQTA əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən “Oba Retail Chain” MMC-yə məxsus ticarət mərkəzində yoxlama keçiriblər:

“Yoxlama zamanı anbardan Rusiyada istehsal edilən, ümumi çəkisi 4.4 kq olan “Volşebnaya Lampa” əmtəə nişanlı və ümumi çəkisi 1.270 kq olan “Orexovoye Çarstvo” əmtəə nişanlı konfetlərin zərərvericilərlə sirayətləndiyi müşahidə edilib. Eyni zamanda qənnadı məmulatlarının (konfet, şokolad, karamel) qablaşdırıldığı qutuların üzərində istehsal tarixi, yararlılıq müddəti barədə məlumatların öz əksini tapmadığı məlum olub. Qənnadı məmulatlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq labaratoriyasına təqdim edilib. Analizin nəticələrinə əsasən satışdan götürülən “Nevskiy Pomad” adlı konfet məhsulun normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı aşkarlanıb. Həmin məhsulların satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tədbiqi barədə qərar verilib.

Bununla əlaqədar olaraq ticarət mərkəzi ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb”.

Qeyd edək ki, dekabrın 1-də vətəndaş Ruslan Məmmədov tərəfindən Bakının Qaradağ rayonunda yerləşən “Oba” marketdən alınan şokoladların qurdlu olması barədə video-material yayıb. R.Məmmədovun 4 yaşlı övladı bu şokoladları yediyi üçün zəhərlənib. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar