Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı - Qərar

Tarix: 18-12-2019 05:56     Baxış: 3160 A- / A+
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb.

Bu barədə müvafiq qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də imzalayıb.

Sərəncamla beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası 2019-cu il dekabrın 21-də saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

Sessiyanın müzakirəsinə 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı və Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişikliklər edilməsi məsələləri daxildir.

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri də dəvət olunublar. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar