Xəbər lenti
Gələn ilin mayında "Azərbaycan" adlı gəmi-bərə istifadəyə veriləcək

Gələn ilin may ayında "Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə istifadəyə veriləcək.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, sözügedən gəmi-bərə ilə həm vaqon, həm yük, həm də 100 nəfərə yaxın sərnişinin daşınması mümkün olacaq:
"İnşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan "RoPax" tipli "Azərbaycan" bərə-gəmisinin gövdə hissəsinin inşası 100% başa çatıb. Unikal gəmi-bərənin uzunluğu 154,5 metr, eni 17,7 metr, sürəti 14 uzelə bərabər olacaq. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb".
Onun sözlərinə görə, geriyə qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.
"Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli gəmi-bərə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar