Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

General deputatlığa namizədliyini irəli sürdü

Tarix: 15-12-2019 23:08     Baxış: 2196 A- / A+
General deputatlığa namizədliyini irəli sürdü

Azərbaycan ordusunun istefada olan hərbi qulluqçusu, general-mayor, keçmiş korpus komandiri Qabil Məmmədov növbədənkənar parlament seçkilərində iştirak edəcək.

General Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsüylə deputatlığa namizədliyimi irəli sürüb.

Bu barədə general öz şəxsi "Faceboo"k səhifəsində məlumat verib:

"Dəyərli dostlar!

Hamınızı salamlayır və qəbul etdiyim mühüm qərarım haqqında Sizləri məlumatlandırmaq istəyirəm. Belə ki, bir çoxlarınızın təkidli xahişini və ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüm. Bu qərar, bəlkə də həyatımda qəbul etdiyim ən məsuliyyətli qərarlardan biridir və onun mənəvi-psixoloji ağırlığını çiyinlərimdə hiss edirəm.

Sabahdan imzatoplama kampaniyasına start verməyi planlaşdırıram. İndiki imzatoplama dönəmində, sonrakı seçkiqabağı təşviqat və seçicilərlə görüş kampaniyasında, mənə dəstək vermək məqsədilə könüllü olaraq iştirak etmək istəyən bütün dostlarımızın təkliflərindən, aktivliyindən və həmrəyliyindən fərəh duyar və məmnun olaram".

Qeyd edək ki, gneral-mayor Qabil Məmmədov Bərdədə hərbi birləşməsinin komandiri olub. Ondan sonra ölkəmizin Qazaxıstandakı səfirliyində hərbi attaşe, sonra isə HEM-ə şöbə rəisi vəzifəsinə təyin olunub. 2009-cu ildən hərbi qulluqdan istefaya göndərilib. Əslən Lənkəran rayonundandır. qaynarinfo

Manevr.az

General deputatlığa namizədliyini irəli sürdü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar