Xəbər lenti
Türkiyədə sənədsiz yaşayan azərbaycanlılara şad xəbər
Türkiyədə yaşayan azərbaycanlıların sənədləşdirilməsi mərhələli şəkildə həll olunacaq.
Manevr.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib: "Bizim qarşımızda bununla bağlı ali rəhbərlik tərəfindən də tapşırıqlar qoyulub. Səfirlikdə bizim Daxili İşlər Nazirliyinin təmsilçiləri də var. Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələnin həlli istiqamətində işlər görür. Bu yaxınlarda da səfirlik tərəfindən bu məsələ ilə bağlı müvafiq işlər görülüb, yazışmalar aparılıb. Artıq həmin azərbaycanlıların siyahısı hazırlanaraq Türkiyə tərəfinə təqdim edilib. Yəqin ki, qısa zamanda bu məsələ hissə-hisə həll olunacaq".
X.İbrahim bildirib ki, eyni zamanda Türkiyədə yaşayan uşaqların təhsil problemi də var: "Türkiyənin təhsil naziri ölkəmizə səfər edərkən Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov bu məsələni onun qarşısında ciddi şəkildə qaldırıb ki, sənədsiz uşaqlar da normal məktəblərdə təhsil ala bilsinlər".
Səfir həmçinin qardaş ölkədə sənədsiz yaşayan azərbaycanlıların deportasiya edilib-edilməyəcəyinə də aydınlıq gətirib: "Orada yaşayan azərbaycanlılar deportasiya olunmayacaqlar. Onların Türkiyədə yaşaması üçün sənəd məsələsi həll olunacaq. Bunun üçün Azərbaycan və Türkiyənin hüquq mühafizə orqanları sıx işləməlidirlər. İlkin etapda Türkiyədə sənədsiz yaşayanların bir qisminin sənəd problemi həll ediləcək. Sonrakı mərhələdə isə Türkiyədə yaşayan digər sənədsiz azərbaycanlıların, ümumiyyətlə hər birinin məsələsinin həll olunmasına dair işlər görüləcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar