Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çingiz Mustafayevin adını daşıyan tezliklə bağlı yeni xəbər - Dəyişdirilir

Tarix: 14-12-2019 14:38     Baxış: 4164 A- / A+
Çingiz Mustafayevin adını daşıyan tezliklə bağlı yeni xəbər - Dəyişdirilir

Hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqəyə çıxarılan 102,0 MHs işçi tezliyi 102,1 MHs-ə dəyişdirilə bilər.

Manevr.az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, rəqəmli radio yayımı tətbiq olunduqda bir işçi tezlikdə 10...12 radio proqramı yayımlanır: “Bu halda yayımçılardan hansı həmin tezliyin sahibi sayılmalıdır? Yayımçı öz radio və ya televiziya şirkətinin sahibidir”.

Saytın daha əvvəl verdiyi xəbərə görə, MTRŞ milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib.

Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdu.

Tezliklə məlum olmuşdu ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum -APA media holdinq və Real TV müraciət edib. Jurnalistlərə, həmçinin bəlli olmuşdu ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar