Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ailə bələdiyyəsi” - 8 nəfərin namizəd olması qanunla mümkünmüş

Tarix: 13-12-2019 10:58     Baxış: 4425 A- / A+
“Ailə bələdiyyəsi” - 8 nəfərin namizəd olması qanunla mümkünmüş


Hüquqşünas: “Belə olan halda əsasən ailə daxilində çəkişmə olacaq, nəinki... ”

Sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 namizəd irəli sürüb. Yəni potensial olaraq Əmircan bələdiyyəsinin yeni tərkibi ancaq Cəfərovun ailə üzvlərindən formalaşa, bir növ “ailə bələdiyyəsinə” çevrilə bilər.

Virtual.az-ın məlumatına görə, üçüncü Suraxanı seçki dairəsindən bələdiyyə üzvlüyünə namizəd kimi Rafael Cəfərov özü, onun qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumu qeydə alınıb. Yəni Rafael Cəfərov öz rəqiblərinə heç bir şans buraxmır.

Qeyd edək ki, tezliklə bələdiyyə seçkilərinin keçiriləcəyi bir ərəfədə bu məlumat həm sosial şəbəkələrdə, həm də mətbuatda geniş müzakirə obyektinə çevrilib. Əksəriyyət “ailə bələdiyyəsi”nin qanuna zidd olduğunu, bir ailədən bir neçə nəfərin namizədliyini irəli sürməsinin doğru olmadığını bildirib.

“Ailə bələdiyyəsi” - 8 nəfərin namizəd olması qanunla mümkünmüş


Məsələ ilə bağlı adıçəkilən bələdiyyənin sədri Rafael Cəfərov “YeniSabah”a açıqlamasında namizədliyini irəli sürənlərin hamısının qohumu olduğunu inkar edib: "Namizədliyini irəli sürənlərin yarısı başqa-başqa insanlardır. Sadəcə, soyadları mənimki ilə eynidir. Düzdür, mənim ailəmdən də namizəd olanlar var. Nə olsun? Burada nə var ki? Bu qanunidir, biz heç bir qanunu pozmamışıq. Sadəcə olaraq, namizədliyini verib, seçilməyib ki...

65 nəfər namizədin içərisində 4-5 nəfər bizim ailədən var. Namizəd olmaqda nə problem var axı? Sosial şəbəkələrdə yayılan siyahıda olanların yarısı heç bizim qohum deyil. Soyadları Cəfərovdur, yalandan yazırlar. Kiminsə soyadı Cəfərovdur deyə, o mənim qohumum olmalıdır? Heç oradakı adamlarla əlaqəmiz yoxdur. Təsadüfi adamlardır, laborantdır, müəllimdir, heç tanımıram. Onlar arasında 4 nəfər bizim adam var, onlar da mənim qardaşlarımdır. Tanınmış adamlardır və 65 nəfər arasında namizədliklərini irəli sürüblər. Onların da seçilib-seçilməyəcəyi hələ sual altındadır. Kimə etimad göstərilir, kimə göstərilmir, bunu seçkilər göstərəcək. Kimsə mərdimazarlıq edir, kimsə qanunları bilmədən yazır, kimsə siyahıdakı adamları tanımadan yazır... Burada qeyri-qanuni və qəbahətli heç bir şey yoxdur".ə

“Ailə bələdiyyəsi” - 8 nəfərin namizəd olması qanunla mümkünmüş


Bəs qanunla bir ailədən bir neçə nəfərin bələdiyyə seçkilərinə qatılması mümkündürmü?

Mövzu il bağlı hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a danışıb: "Qanunda belə bir qadağa yoxdur ki, bir ailədə yalnız bir nəfər namizədliyini irəli sürə bilər. Bu seçkidir və hər kəs öz namizədliyini verə bilər, yəni heç bir problem yoxdur. Beləliklə, bir ailədən 8 nəfərin 8-i də namizəd ola bilər. Seçkininin müqəddəratını seçicilər həll edir. Əgər seçicilər düşünsələr ki, həmin 8 nəfər bir ailə üzvü olsa da vicdanlıdır, bələdiyyə üzvü olmağa layiqdir, bu zaman seçki hüququ onlarda olacaq.

Belə olan halda ailə üzvləri arasında ciddi rəqabət, çəkişmə yaranacaq, yarışacaqlar. Burada yalnız ailənin içərisində problem yarana bilər, nəinki digər namizədlərlə".

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar