Xəbər lenti
"Çingizin ruhunu narahat etmək olmaz, amma..." - Mirşahin
"Əslində teleradio məkanında fövqəladə hadisə baş verməyib. Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində boş qalmış 102,0 MHz işçi tezliyinə müsabiqə elan edib. Həmin tezlik müsabiqənin qalibinə istifadə üçün veriləcək”.
Manevr.az-ın xəbərinə görə, bunu "REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (REAL TV) baş direktoru Mirşahin Ağayev radio kanalının açılması üçün elan olunan müsabiqə ətrafında dolaşan söz-söhbətə aydınlıq gətirərkən deyib.
O qeyd edib ki, 102 ÇM-də ÇM abreviaturası Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əks etdirməyib: "102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur. ÇM - Частотная Mодуляция (tezlik modulyasiyası) idi. Bunu hamı bilir. Çingizin ruhunu narahat etmək olmaz, amma mənim dediklərim o ruhu rahat edəcək. Çingiz Mustafayevin adını daşıyan radio tezliyin satılması barədə bəyanat məsuliyyətsiz bir bəyanatdır. Radio tezlik müsabiqəyə çıxarılır, radio tezlik satışa çıxarılmır. Yoxdur axı belə bir məsələ. ANS ÇM-in satışa çıxarıldığını demək məsuliyyətsizlikdir. 102 FM tezliklərdən biridir. Bu gün xəbər yayılıb ki, APA TV də müsabiqə ilə bağlı müraciət edib. Mən APA-nın rəhbərliyi ilə danışdım, APA tərəfindən belə bir müraciət yoxdur, məlumat yalandır. Çingiz mənim üçün xüsusi mövzudur, o mənim dostum olub. Çingiz Mustafayevin adı böyük bir spekulyasiya kampaniyasının mərkəzində hallanır. Ortada çox böyük avantüra var”.
M. Ağayev MTRŞ-nın ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə elan etdiyi müsabiqəyə sənəd təqdim etdiklərini, müsabiqədə qalib olacaqları təqdirdə REAL radionun fəaliyyətə başlayacağını vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar