Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcra hakimiyyəti orqanlarının ötür- ötür özbaşınalığı..

Tarix: 10-12-2019 15:51     Baxış: 3292 A- / A+
Anonim təsərrüfat məmuru elektron müraciəti anonim sayaraq zibilliyə atır

İcra hakimiyyəti orqanlarının ötür- ötür özbaşınalığı..


Hər bir vətəndaşın sağlam, təhlükəsiz ətraf mühitdə yaşamaq hüququ ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın tələbidir. İstənilən şəxsin hansısa pozuntu haqqında dövlət orqanlarını xəbərdar etməsi, hər şeydən öncə vətəndaşlıq borcudur. Bir neçə gün öncə bir qrup vətəndaş Bakının Nizami rayonundakı Naxçıvanski küçəsində yerləşən Heydər Əliyev parkının və ətrafındakı piyada yolunun, binalar arasındakı keçidin dəmir barmaqlıqlar, yöndəmsiz köşklər, tikililərlə zəbt olunmasından mediaya və bağlantılı qurumlara şikayət edib. Təsəvvür edin, piyada yolunun üstündə çardax və yöndəmsiz köşk quraşdırılıb, piyada yolu maşın dayanacağına çevrilib. Naxçıvanski -18 və Naxçıvanski -22 saylı binaların arasındakı 15-20 metrlik yerdə mövcud olan keçid başdan -başa yöndəmsiz tikililərlə hasarlanıb. Axı, bu şəhərsalma və tikinti normalarının pozulması deməkdir! Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu kobud pozuntunun aradan qaldırılması üçün Nizami RİH başçısını məlumatlandırıb. Nizami RİH başçısının birinci müavini Qərib Məmmədov Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin ( MKTB ) başçısı Rasmin Abdullayevə vətəndaşların qaldırdığı problemin araşdırılmasını tapşırıb. Nizami MKTB-nin anonim məmuru isə elektron qaydada edilən şikayətə elektron qaydada cavab yazıb ki, “təsərrüfat şöbəsinə gəlməsəniz, müraciətiniz anonim sayılaraq baxılmamış işə alınacaqdır”. Ötür-ötür özbaşınalığına baxın, təsərrüfat şöbəsi anonim icra başçısı rolunu oynayır! Elektron qaydada edilən müraciət necə anonim sayıla bilər? Və , ən başlıcası, şəhərin, parkın qanunsuz tikililərlə zəbt olunması özbaşınalığı məmurların ötür-ötür özbaşınalığı ilə ört-basdır edilir? Vətəndaşların müraciətlərinə belə baxılır? Onu da vurğulayaq ki, Nizami prokurorluğu 24-cü Polis Şöbəsinin piyada yolunun zəbt olunması ilə bağlı şikayəti araşdıracağını bildirib. Yəqin ki, hüquq -mühafizə orqanları Nizami RİH -in anonim “təsərrüfat məmuru”nun qanunsuzluğunu , hədə-qorxusunu da araşdırmalı olacaq.

Qəribə mənzərədir, vətəndaş borcunu yerinə yetirib, sağlamlığına, təhlükəsizliyinə, şəhərin görünüşünə xələl gətirən yöndəmsiz tikililərin piyada yollarını , keçidlərini zəbt etməsindən məlumat verir , anonim məmur isə məlumatı zibil qutusuna atır! ... Elə ona görə də, şəhərin gözəlliyi bir yana, fövqəladə hallarda, təcili yardım göstərilməsi hallarında çıxılmaz durum yaranır. ..

Qarabağ Qaziləri:
Müşfiq İsmayılov, Güloğlan Süleymanov,
Eldar Hüseynov və başqaları


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar