Xəbər lenti
İşgəncəyə məruz qalan uşaqlarla bağlı araşdırma başladı
Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə report-a Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
O deyib ki, faktla bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir:
“Bu məlumatdan xəbərdarıq. Bununla bağlı Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Hadisə ilə bağlı araşdırmalardan sonra yekun məlumat veriləcək. Ümumiyyətlə, uşaqlara qarşı fiziki, psixoloji və digər zorakılıq növlərindən istifadə etmək yolverilməzdir. Həmin zorakılıq faktları törədən şəxslərin əlindən uşaqların məhkəməyə müraciət edərək alınması məsələsi hər zaman aktual olub. Buna görə də valideynlər və valideyn hüquqlarından istifadə edən şəxslər bu hüquqlarından sui-istifadə etməməlidirlər. Həmin şəxslər fiziki zorakılıq törədəndə və himayəsində olduğu uşağa məsuliyyətsiz yanaşanda məhkəmə qərarına əsasən, öz hüquqlarını itirirlər. Hazırda bu məsələ istiqamətində araşdırma aparılır. Hadisəni törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Qeyd edək ki, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumat və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Bildirilib ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar