Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər doktoranturaya qəbul imtahanından azad ediləcək

Tarix: 03-12-2019 16:20     Baxış: 3414 A- / A+
Bu şəxslər doktoranturaya qəbul imtahanından azad ediləcək

Doktoranturaya qəbul zamanı xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar dil üzrə qəbul imtahanından azad ediləcəklər.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bu ilin oktyabrında "Doktoranturaların yaradılması və doktoranturaya qəbul" qaydalarında dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş formada xarici dil imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə təhsil və elmi müəssisələrində keçirilməsi nəzərdə tutulub:

"Xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar isə dil üzrə qəbul imtahanından azad ediləcək. Düşünürəm ki, bu dəyişiklik çox vacibdir, çünki xarici dil bacarıqları olmadan elmi bazalara çıxış, yeni nailiyyətlərdən bəhrələnmək mümkün deyil".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar