Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Köhnə maşınların qiyməti kəskin qalxacaq - Ekspert

Tarix: 03-12-2019 09:30     Baxış: 3237 A- / A+
Köhnə maşınların qiyməti kəskin qalxacaq - Ekspert

Avtomobil bazarında qiymətlər kifayət qədər yüksəkdir. İstismar müddəti 7 ildən çox olan avtomobillərin gətirilməsinə tətbiq olunan rüsumlar ola bilsin ki, qiymətlərə təsir edəcək”.

Manevr.az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında iqtisdçı Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, gömrük rüsumları avtomobil bazarında qiymətlərin yüksək olmasına təsir edir: “Devalivasiya səbəbindən, son illər ölkədə satışı aparılan yeni avtomobillərin qiymətləri arasında 2-3 dəfədən çox fərq var. Yeni avtomobillər kifayət qədər baha olduğu üçün əlçatanlığı normal səviyyədə deyil”.

Ekspert hesab edir ki, bankların yeni avtomobillərin əldə edilməsində kreditləşdirmə mexanizmini indiki səviyyədə saxlanması məqsədəuyğun deyil.

P.Heydərovun fikrincə, dövlət yerli avtomobillər istehsal edir. Amma bu avtomobillər ölkəyə gətirilən maşınlarla rəqabət qabiliyyəti, keyfiyyət, alıcı əldə etməsi baxımından kifayət qədər baha satılır, bu da qənaətbəxş vəziyyət deyil.

O qeyd edib ki, bankların əsas gəlir mənbəyi məhz minik avtomobillərinin kreditləşdirilməsi idi: “Bu məhdudlaşdırılan kimi, bankların özünün də vəziyyəti pisləşdi.

Ekspert bildirib ki, qaldırılan rüsumlar ölkə daxilində satılan köhnə avtomobillərin qiymətinə də təsir edəcək: “İkinci əl bazarında köhnə avtomobillərin qiymətlərində artım müşahidə olunacağı gözlənlir. Əgər onların idxalı məhdudlaşdırılırsa, daxildə də yeni avtomobillərin alışı çətinləşirsə, köhnə avtomobillərə tələb yüksələcək”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar