Xəbər lenti
“Qadın olaraq, mənə qarşı zülmə göz yummayın...” – qadın dövlət orqanlarından kömək istəyir
Bakı sakini Səadət Səmədova dövlət orqanlarını qadın olaraq, ona edilən əziyyətlərə göz yummamağa, məhkəmələri isə şəxsi maraqları yox, ədalət üstün tutmağa çağırır.
Manevr.az xəbər verir ki, S.Səmədova başına gələnlərə etiraz olaraq, məhkəmələrin, dövlət orqanlarının binası qarşısında etiraz aksiyası keçirmək istəyir. Deyir ki, başqa əlacı yoxdur.
Uzun illər həyat yoldaşı tərəfindən həm fiziki, həm də psixoloji işgəncələrə məruz qaldığını deyən S.Səmədovanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının arxivində bunu təsdiqləyən çoxsaylı ərizələri də var.
O, 1997-ci ildə Rizvan Hüseynovla ailə həyatı qurub, bu nikahdan 1999 və 2001-ci illərdə iki övladı – bir oğlu və bir qızı dünyaya gəlib. Hər ikisi hazırda ali təhsil ocaqlarının tələbələridir.
“Mənə və uşaqlarıma qarşı təhqirlərə, zorakılıqlara baxmayaraq, ailəmizi saxlamağa çalışdım, amma mümkün olmadı. Boşananda uşaqlar mənimlə qalmağa qərar verdilər. Boşananda əmlak bölgüsüylə bağlı razılığa gəlib, notarial qaydada bu barədə saziş imzalamışıq. O müqavilədə də qarşılıqlı razılaşma əsasında hansı əmlakın kimə məxsus olduğu açıq yazılıb. Bu saziş 21 aprel 2011-ci ildə imzalanıb. Ötən illər ərzində keçmiş həyat yoldaşım özünə düşən payı satıb. Mən də öz payımdakı əmlakı satmışam. Keçmiş həyat yoldaşım üstündən 8 il keçəndən sonra həmin sazişi ləğv etdirmək tələbilə məhkəməyə müraciət edib”, - S.Səmədova danışır.
Onun sözlərinə görə, boşananda R.Hüseynovdan aliment də istəməyib, özü təkbaşına işləyib, uşaqlarını böyüdüb, oxutdurub.
Nərimanov rayon Məhkəməsi R.Hüseynovun sazişin ləğvi tələbilə qaldırdığı iddianı təmin etməyib. Əsas kimi, belə tələblə iddia qaldırmaq üçün müddətin çoxdan keçməsini göstərib. R.Hüseynov qərardan apellyasiya şikayəti verib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Aida Hüseynin icraatındadır:
“Rizvan Hüseynov müxtəlif vasitələrdən istifadə edib, onun xeyrinə qərar çıxarılmasına nail olmağa çalışır. Məndə olan məlumata görə, artıq istədiyinə də nail olmaq üzrədir. Bakı Apellyasiya Məhkəməsi bir qadının illərlə məruz qaldığı zorakılıqlara göz yumub, onun üstəlik iqtisadi baxımdan da tam əzilməsinə dəstək verəcəksə, deməyə söz qalmır”.
S.Səmədova Ədliyyə naziri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə, Prezidentin köməkçisi Fuad Ələsgərova da məktubla müraciət edib: “Bunu intihar həddində olan bir qadının sizdən xahişi kimi qəbul edin. Bir qadın olaraq, mənə qarşı zülmə göz yummayın, hüquqlarımın müdafiəsində mənə kömək edin!”bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar