Xəbər lenti
Oqtay Gülalıyevin səhhəti ilə bağlı SON MƏLUMAT
Hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurması hadisəsindən 1 aydan çox zaman keçib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Ailəsi məlumat yayaraq bildirib ki, Gülalıyev birinci dərəcəli ağır komadadır. Səhhətində hələ heç bir irəliləyiş yoxdur. Ötən həftə həkimlər onu palataya köçürüblər.
Manevr.az xəbər verir ki, KXCP sədrinin müavini Xəzər Teyyublu “Yeni Müsavat”a bildirib ki, onlar da partiyadaşlarının səhhəti barəsində mətbuat vasitəsilə məlumat ala bilirlər:
“Biz Oqtay bəyin tez sağalmasını arzu edirik. Dualarımız onunladır. Ancaq məlumatı sosial şəbəkədə ailə üzvlərinin paylaşdıqlarından və mətbuatdan ala bilirik. Bizdə olan məlumat budur ki, Oqtay bəyin vəziyyəti ağır olaraq qalır”.
Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.
Bundan sonra komada olan Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbulda Avrasiya Xəstəxanasına yerləşdirilib.
Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər: “Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” -Təbriz Gülalıyev qeyd edib.
Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən “Amerika xəstəxanası”na (Amerikan Hastanesi) köçürülüb.
Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb. Bundan sonra da səhhətində irəliləyiş qeydə alınmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar