Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda zorakılıq qurbanları üçün sığınacaqlar yaradılır

Tarix: 27-11-2019 08:20     Baxış: 3157 A- / A+
Azərbaycanda zorakılıq qurbanları üçün sığınacaqlar yaradılır

"Bundan sonra biz təşviq edəcəyik ki, bu məsələ ilə bağlı müxtəlif təşkilatlar təşəbbüs göstərsinlər. Nazirlik isə daha çox dəstək alətlərindən istifadə etsin"

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda məişət zorakılığı qurbanları üçün yeni sığınacaqların yaradılması ilə bağlı təkliflərə münasibət bildirib.

Azərbaycanda uşaqlara qarşı zorakılıq: bu problemlə necə mübarizə aparmalı
Manevr.az-ın məlumatına görə, nazir müavini sığınacaqların birbaşa nazirliyin xətti ilə deyil, sosial sifarişlər əsasında yaradılaraq fəaliyyət göstərməsinin daha məqsədəuyğun olduğunu bildirib: "Bəzi sosial problemlərin səmərəli həlli onu tələb edir ki, bu mərkəzləşdirilmiş şəkildə deyil, daha çox vətəndaş cəmiyyəti və desentrə olunmuş tərzdə həllini tapsın. Yəni sosial sifarişlər əsasında, icma əsaslı olsun. Bu daha çox səmərə verə bilər. Prezident iyun ayında xüsusi ehtiyacı olan şəxslərlə bağlı əlavə vəsait ayırdı. Onun vasitəsilə biz xüsusi yeni mərkəzlər yaratdıq, icma əsaslı reabilitasiya mərkəzləri istifadəyə verdik. Onların sayı artıq iki yüzə çatıb. Artıq 8000-ə yaxın vətəndaşımız bu mərkəzlərin xidmətlərindən faydalanır. 2013-cü ildən etibarən sığınacaqlarla bağlı qaydalar var. O qaydalara əsasən artıq 10-dan çox təşkilat akkreditasiyadan keçib. Bundan sonra biz təşviq edəcəyik ki, bu məsələ ilə bağlı müxtəlif təşkilatlar təşəbbüs göstərsinlər. Nazirlik isə daha çox dəstək alətlərindən istifadə etsin".

Nazir müavini həmçinin qeyd edib ki, bəzən məişət zorakılığı qurbanları üçün sığınacaqların fəaliyyəti barədə geniş məlumatın verilməməsi məxfiliyi qorumaq məqsədi daşıyır: "Məişət zorakılığı qurbanları ilə bağlı sığınacaqların ünvanlarını ictimaiyyətə açıqlamaq olmur. Çünki, burada məxfilik məsələsi qorunmalıdır. Orada yaşayanlara mühafizə orderi verilir".sputnik.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar