Xəbər lenti
Deputat meyitlərin müayinəsindəki korrupsiyadan DANIŞDI
“Azərbaycanda xeyli ölüm hadisəsi baş verir”.
Mnevr.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, müsəlmanlıq, adət-ənənə əsas göstərilərək, meyitlərin 99 faizi yarılmır və akt tərtib olunur ki, guya müayinə olunub: “Meyiti yarmadan arayış verən ekspertin cibinə pul qoyulur. Ona görə də bu sahədə korrupsiya var. Halbuki heç bir müstəntiq, prokuror və ya məhkəmə meyitin yarılmasının zəruri şərtlərini irəli sürmür. Bütün hallarda ölüm hadisələrində tələb qoyulur ki, meyit mütləq şəkildə yarılmalı və daxili müayinə olunmalıdır. İnsanın əzizi rəhmətə gedir, şokdadır. Amma bilmir, bu dərdi çəksin, yoxsa kimsə gəlib deyir ki, meyit yarılmalıdır, onu düşünsün. Ona görə də qeyri-hüquqi və psixoloji məsələlər ortaya çıxır. Elektrik cərəyanı vurması və ya suda boğulma halları üçün niyə meyit yarılmalıdır? Səbəb bəllidir. Ən dəhşətli fakt isə ölüm şəhadətnaməsinin alınması ilə bağlıdır. Həm vətəndaşların narazılığını, həm də korrupsiya hallarını, həm də vaxt itkisini aradan qaldırmaq üçün bu məsələni də həll etmək lazımdır. Ancaq dövlət məhkəmə ekspertlərinin rəyini qəbul edirlər. Əgər özəl məhkəmə ekspertizası yaradılmasını istəyiriksə, niyə onlara hər hansı funksiya və səlahiyyət verməyək?”apa
Mnevr.az
Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deputat Tahir Kərimli ilə razı olduğunu deyib: “Keçən dəfə çıxışımda da dedim, elə məsələlər var ki, onları özəl ekspertlərə vermək olar. Onu da qeyd edim ki, qanunda bu məsələ həllini tapıb. Bu işi bilən insanlar gələcəkdə bu işə cəlb olunacaqlar”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar