Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda narkoşəbəkənin üzvləri həbs edildi

Tarix: 25-11-2019 14:44     Baxış: 3147 A- / A+
Bakıda narkoşəbəkənin üzvləri həbs edildi



Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha bir narkoşəbəkənin üzvləri həbs ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu Köhnə Günəşli qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəlcə qəsəbə sakini Solmaz Salmanova saxlanılıb. Onun üzərində şəxsi axtarış aparıl 13,141 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, Solmaz Salmanova tutulana qədər yaşadığı qəsəbə ərazisində narkotik vasitələrin satışı ilə məşğul olurmuş. O, ifadəsində heroini Şövqi və Nicat adlı şəxslərdən aldığını bildirib.

Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək narkoşəbəkinin digər üzvləri dəstənin başçısı Rusiya Federasiyası vətəndaşı Şövqi Babayev və onun yaxın qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev də polislər tərəfindən tutulublar. Nicat Quliyev saxlanılan zaman onun üzərindən 21,699 qram çəkidə narkotik vasitə heroin aşkar edilib.

Şövqi Babayevin üzərində şəxsi axtarış aparılan zaman isə 107,806 qram heroin, 101,501 qram qurudulmuş marixuana, 39,855 qram psixotrop maddə metamfetamin və 1 ədəd elekron tərəzi aşkar edilərək götürülüb.

İstintaq zamanı müəyyən edilib ki, Şövqi Babayev əldə etdiyi narkotik vasitələrin satışını Solmaz Salmanov və Nicat Quliyev vasitəsilə təşkil edirmiş.

Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar