Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid anası oğlunun adından dələduzluq edənin həbsini istəyir

Tarix: 23-11-2019 16:41     Baxış: 3190 A- / A+
Şəhid anası oğlunun adından dələduzluq edənin həbsini istəyir

Ən uca zirvə hansıdır? Bu sualı veriləndə, ilk olaraq şəhidlik zirvəsi yada düşür. Ölümləri ilə əbədilik qazanan şəhidlərimiz, bizim qürur yerimizdir. Bəzən bu qürur yerinə saxta baxanlar da olur. Ona görə saxta deyirik ki, şəhidin adından istifadə etməklə insanlığa yaraşmayan əməllər törədirlər. Artıq bir neçə vaxtdır ki, Aprel şəhidi Mikayıl Vahabzadənin adından sui-istifadə etməklə pul yığmağa cəhd edirlər. Belə insanları insan adlandırmaq da doğru deyil. Onda gərək vicdansız olasan ki, bu cür addım atasan.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı şəhidin anası Rumiyə Vahabzadə modern.az-a açıqlama verib.
“Sentyabrın 21-i axşam tərəfi tanımadığım bir nömrədən zəng gəldi. Məndən soruşdu ki, “Mikayılın anasıdır danışan”, dedim bəli, buyurun. Zəng vuran şəxs isə Azərbaycanın Milli Qəhrəmanı Rəşid Bağırovun oğlu Xəyal Bağırovdur. Mənə söyləyir ki, Mikayılın uşağı xəstədir? Cavabında söylədim ki, axı Mikayıl evlənməyib ki,usagı da olsun. Xəyal mənə bildirdi ki, bir nəfər şəxs Bakıda Mikayılın uşağının şəkilini gəzdirərək əhalidən pul yığır. Səbəb kimi də göstərir ki, uşaq xəstədir, dövlət ona yardım etmir, təcili əməliyyat olunmalıdır. Ona görə bu şəkli gəzdirir ki, əhali ona köməklik etsin, uşaq əməliyyat olsun. İnanırsınız, bu xəbər mənə o qədər pis təsir etdi ki, necə ola bilər axı Mikayıl evlənməyib,universiteti bitirdikdən sonra əsgərliyə yola düşüb. Elə əsgərlikdə də şəhid olub. Bu xəbəri də Xəyal Bağırova maşın bazarından kimsə zəng vurub söyləyib. Bir şəhidin adından sui-istifadə edib pul yığmaq nə dərəcədə doğrudur? Hətta bizə söylədi ki, belə bir şey varsa, Heydər Əliyev Fonduna müraciət edək, sizə köməklik göstərəcək. Artıq bu xəbər bizi çox narahat edirdi. Biz özümüz İsmayıllı rayonunda yaşayırıq. Həyat yoldaşım sentyabrın 23-ü Bakıya gələrək, Xətayi rayonunun 36 cı polis bölməsinə gedərək ərizə yazdı. İnanırsınız o gündən bu günə hələ də bir xəbər çıxmayıb. Biz tələb edirik ki, bu məsələyə hüquq mühafizə orqanları cəlb olunsun və həmin şəxs həbs edilərək öz layiqli cəzasını alsın. Hətta dövlətin adından da yalandan söyləyir ki, bizə köməkilik etmir ”.

Sonda Rumiyə xanım saytımıza bu məsələni işıqlandırmağı xahiş edib: “Bir şəhid anası kimi sizdən xahiş edirəm ki, bu məsələni işıqlandırın ki, şəhid adından kimsə istifadə edib, pul yığmağa çalışmasın”.

Qeyd edək ki, əsgər Mikayıl Yaqub oğlu Vahabzadə 2016- cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-u isə Mikayıl Vahabzadə doğulduğu İsmayıllı rayonunun Maçaxı kəndində dəfn olunub.
Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar