Xəbər lenti
Nizami rayonunda şəhərsalma və tikinti normalarını kim pozur?
Piyada yolu , evlərin arası yöndəmsiz tikililərlə zəbt olunub
Nizami rayonu, Çobanzadə küçəsində Qarabağ əlilləri və şəhid ailələrinə tikilən evin ərazi planlaşdırılması həyata keçirilir. Bu məqsədlə ətrafdakı özbaşına, daha doğrusu, icra hakimiyyəti orqanlarının, sahə müvəkkilinin “görüm-baxım edilməsi” yolu ilə tikililərin sökülməsi prosesinə başlanılıb.
Doğrudan da, belə təmizlik işləri ərazinin möhtəşəm görünüşünə gətirib, hər yan göz oxşayır. Sözügedən ev bir yandan Naxçıvanski -4, bir yandan Çobanzadə -275 binaları ilə əhatə olunub. Təmizləmə işləri bu iki beşmərtəbəli binanın arasında yerləşən əlil və şəhid ailələri üçün tikilmiş evin ətrafında aparılır. Deyilənə görə, açılışa Prezidentin və 1-ci vitse-prezidentin gələcəyi gözlənilir və bu səbəbdən müvafiq icra hakimiyyəti orqanları bərk əl-ayağa düşüblər.
Onu da vurğulayaq ki, Naxçıvanski küçəsi -4 saylı beşmərtəbəli bina Vətən yolunda iki şəhid verib . Bu bina və qonşuluqdakı beşmərtəbəli yaşayış binası Heydər Əliyev parkı ilə üz-üzədir. Park dincəliş üçün gözəldir. Amma parkı da bəzi işbazlar dəmir barmaqlıqlar ilə hasarlayıb. Axı, parklar, yollar ümumi istifadədə olan sahələrdir və kimsənin şəxsi biznes marağına qurban verilə bilməz. Sözügedən binanın qarşısındakı piyada yolu isə yöndəmsiz çardaxlar , tikililər, “sohbətləşmə qəfəsləri” ilə zəbt olunub. Bu isə şəhərsalma və tikinti normalarına ziddir. Görəsən, piyada yollarının belə zəbt olunmasına razılığı kim , necə və neçəyə verib? Necə olur, vətəndaş evdə divara bir mıx vuranda dərhal başının üstünü sahə müvəkkili, “JEK” kəsdirir, amma bu boyda özbaşınalığa göz yumulur? Eyni zamanda, iki binanın arasındakı yolu da zəbt edib aranı tamam bağlayıblar ki, bu da şəhərsalma qaydalarının kobud pozulmasıdır. Özü də yöndəmsiz tikililərlə. Qeyd edək ki, əvvəllər burada kitab mağazası, sonra yerində qaz idarəsi olub və hazırda digər kitab evlərinin taleyi kimi, bu kitab evinin yerində də “qutab evi” fəaliyyətə başlayıb. Hal-hazırda həmin yerdə “qumar evi-Topaz” müştərilərin yolunu gözləyir. Yandakı qeyd etdiyimiz iki binanın arasını tutan yöndəmsiz tikilidə isə heç bir fəaliyyət görsənmir. İstənilən halda, iki binanın arasında tikinti və şəhərsalma normalarına uyğun olaraq müəyyən ara olmalıdır və bu aranın tutulması yolverilməzdir. Ən azı piyadalar keçmək üçün yol qoyulmalıdır. Bu ara təbii fəlakət, fövqəladə hallarda təxliyə olunmaq məqsədi güdür.
Ümid edirik ki, müvafiq qurumlar sözügedən ərazidə şəhərsalma qaydalarının pozulmasına son qoyub, qayda -qanunu bərpa edəcək.
Bir qrup Nizami rayonu sakinləri adından
Məlik Xanməmmədov

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar