Xəbər lenti
Vahid Mustafayev bu nazirliyə 50 min manatlıq qiymətli saatlar SATDI
Xəbər verdiyimiz kimi, noyabr ayının 13-də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi qiymətli kişi və qadın qol saatlarının alınması ilə bağlı kotirovka sorğusu elan etmişdi.
Manevr.az xəbər verir ki, bu gün kotirovka sorğusu qalibi olan şirkətin adı açıqlanıb.
Ümumi dəyəri 49 min 725 manat olan və üzərində Ədliyyə Nazirliyinin emblemi həkk olunmuş kişi və qadın qol saatlarını nazirliyə VMF şirkəti (VÖEN - 1400354161) satacaq.
Məlumat üçün bildirək ki, VMF şirkəti 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 220 manat təşkil edir. Şirkətin rəsmi veb-səhifəsindən qeyd olunur ki, VMF-in yaradılması ANS Şirkətlər Qrupunun qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır.
Onu da bildirək ki, Kotirovka sorğusu nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilib. Elanda qeyd olunurdu ki, 22 noyabr Ədliyyə işçilərin peşə bayramı münasibətilə əməkdaşlara ədliyyə emblemi həkk olunmuş qiymətli kişi və qadın qol saatının alınması kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar