Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən cəld pianoçusu: “Bakıya gəlməmişdən ölkəniz barədə məlumatlı idim”

Tarix: 21-11-2019 12:33     Baxış: 3200 A- / A+
Dünyanın ən cəld pianoçusu: “Bakıya gəlməmişdən ölkəniz barədə məlumatlı idim”


"Azərbaycana gəlməmişdən bura haqqında məlumatım var idi, paytaxt Bakı, dininiz, ölkəniz haqqında məlumatlı idim".

Manevr.az məlumatına görə, bunu "Cəld barmaqlar" ləqəbli, Ginnesin Rekordlar Kitabına dünyanın ən cəld pianoçusu kimi düşən Peter Bence Bakıda keçirəcəyi konsertlə bağlı təşkil edilən mətbuat konfransında bildirib. O bildirib ki, Azərbaycanın milli yeməklərini çox bəyənib: "Səbirsizliklə yeni yeməklərinizin dadına baxmağı gözləyirəm".

Sabah keçiriləcək konserti barədə danışan Peter Bence konsert zamanı Azərbaycanın əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanovla yeni musiqi ifa edəcəklərini bildirib. O qeyd edib ki, bu musiqidə tar və Azərbaycanın digər milli musiqi alətlərindən istifadə ediləcək.

O qeyd edib ki, öz musiqiləri ilə məşğul olduğu üçün başqa ifaları dinləməyə zamanı qalmır: "Azərbaycanın milli musiqilərinə qulaq asmışam, amma ifaçılarla bağlı məlumatım yoxdur". P.Bence eyni zamanda qeyd edib ki, Əzizə Mustafazadə ilə bağlı daha ətraflı məlumat öyrənəcək.

O eyni zamanda köhnə musiqilərini ifa edəcəyini də deyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar