Xəbər lenti
“Araz” Marketlər Şəbəkəsində qəribə qadağa: “Şəkil çəkmək olmaz!”
“Araz” Supermarketlər Şəbəkəsi mağaza daxilində şəkil çəkməyə qoyulan qadağa məsələsinə rəsmi münasibət bildirib.
“Araz” supermarketlər şəbəkəsinin Marketinq departamenti PR və Daxili Kommunikasiya bölməsinin müdiri Billurə Əmirova oxu.az-a açıqlamasında bildirib ki, şəkil çəkmə ilə bağlı məhdudiyyət təkcə “Araz” Supermarketlər Şəbəkəsində yox, dünyanın bütün iri şəbəkə marketlərində var:
“Bizdə də, təbii ki, bununla bağlı müəyyən məhdudiyyətlər var. Hətta filiallarımızda müştəriləri məlumatlandırmaq üçün üzərində “şəkil çəkmədiyiniz üçün təşəkkür edirik” sözləri əks olunmuş lövhələr də asılıb.
Onu qeyd edim ki, bu məhdudiyyət daha çox qiymətlə bağlıdır. Əgər müştəri məhsulu əlinə götürüb şəkil çəkirsə və yaxud övladı ilə alış-veriş zamanı şəkil çəkdirirsə, hər hansısa məhdudiyyətdən söz gedə bilməz.
Lakin məhsulun rəfdə, qiyməti ilə birlikdə şəkli çəkilirsə, bu zaman mühafizə əməkdaşı sizə yaxınlaşaraq çəkilişə icazə olmadığını bildirəcək.
Müştərilərimizdən bunu anlayışla qarşılamalarını xahiş edirik”.
12:22
Bu gün daimi müştərisi olduğum “Araz” Supermarketlər Şəbəkəsi Xətai filialında (Babək Plazanın arxasında) qəribə bir situasiya ilə rastlaşdım.
Bu barədə marketoloq Elgün Namazlı öz “Facebook” profilində yazıb.
O bildirib ki, qablaşdırmada yaranmış problemi dostlarından birinə çəkib göndərməyə çalışanda qəribə qadağa ilə qarşılaşıb:
“Mağazadan alış-veriş edərkən daimi aldığım bir məhsulun qablaşdırılmasında yaranmış bir problemi gördüm və şəklini çəkib “Whatsapp”la dostuma göndərdim ki, yaranmış problem aradan qaldırsınlar. Alış-veriş edib kassadan uzaqlaşarkən bir xanım yaxınlaşdı ki, mağazada niyə şəkil çəkmisiniz? Anlamadığımı dedim və burada nə problem olduğunu soruşdum”.
Xanım ona rəhbərliyin belə qayda qoyduğunu bildirib:
“Başa düşmürəm, marketin içi dövlət əhəmiyyətli obyektdirmi, yoxsa nəsə məxfi bir yerdirmi ki, orada məhsul şəkli çəkməməliyik? Bəlkə, elə şəklini çəkib kiməsə göndəririk ki, istədiyin məhsul 2-3 çeşiddir, hansını alım? Yəni bu məntiq mənə çatmadı. Xanıma isə deyirəm, filan şirkətin rəhbərliyi dostumdur deyə özünə göndərdim şəkli ki, problemlə tanış olsun.
Şəkli göstərdim, hətta atdığım səsə belə qulaq asdırdım. Amma gördüm ki, fayda yoxdur. Sonda hövsələdən çıxdım və dedim ki, o qaydanı qoyan adama deyin ki, Elgün Namazlı adında bir adam gəldi, mağazada şəkil çəkdi və getdi. Bunun nə qayda olduğunu biri mənə izah etsin, zəhmət olmasa. Məncə, belə qaydalar çıxarmaqdansa, mağazanıza uşaqlar üçün diş məcunu göndərsəniz, yaxşı olar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar