Xəbər lenti
Noyabrın 17-si həm də bu uşaqların günü imiş
2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib.
2009-cu ildən etibarən həmin gün Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə qeyd olunmağa başlanılıb. Məsələ burasındadır ki, həmin gün Yeni Doğulmuş Uşaqlara Beynəlxalq Qayğı Fondunun banilərindən biri üçün xüsusi məna və əhəmiyyət daşıyır. 2006-cı ilin dekabrında vaxtından əvvəl doğulmuş üçəm körpələrin ölümündən sonra 2008-ci il noyabrın 17-də həmin ailədə sağlam qız dünyaya gəlib. Bir il sonra həmin gün Avstriyanın paytaxtındakı Müqəddəs Mixail meydanında Vyana universitet klinikasının professorları Arnold Pollak və Angelika Berger il ərzində vaxtından qabaq doğulmuş uşaqların sayına uyğun olaraq səmaya eyni vaxtda 500 ağ şar buraxıblar.
Bu günün qeyd olunmasının məqsədi vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.
Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Erkən çağa doğulan ailələrdə körpələrin təkcə keyfiyyətli müalicəsinə deyil, həm də psixoloji dəstəyə ehtiyac duyulur. Vaxtından əvvəl doğuş problemi ilə ailə və cəmiyyətin rifah və inkişaf səviyyəsindən asılı olmayaraq üzləşmək mümkündür. Lakin təcrübə göstərir ki, vaxtından qabaq doğulanların xeyli hissəsi nəinki sağlam və gümrah, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.
2014-cü il oktyabrın 26-da Nazirlər Kabineti ölkəmizdə “Diri doğulmanın beynəlxalq meyarları” haqqında Qərar qəbul edib və 2015-ci il yanvarın 1-dən mülkiyyət formalarından asılı olmayaraq, respublikamızın bütün tibb müəssisələrində onu tətbiq edirlər. Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən doğuş hamiləliyin 22-ci həftəsindən hesablanır. Həmin vaxta qədər dölün məhv edilməsi abort kimi qəbul edilir. Beləliklə, əvvəllər hamiləlik 28-ci həftədən hesablanırdısa, indi onu daha 6 həftə irəli çəkiliblər. Bununla yanaşı, beynəlxalq qaydalara uyğun olaraq yeni doğulan körpənin çəkisi 500 qram və ya artıq olmalı, ən azı 4 həyat əlamətindən -sərbəst nəfəs, ürək döyüntüsü, göbəkbağının döyünməsi və əzələlərin sərbəst hərəkətinə malik olmalıdır. Həmin əlamətlər olmadıqda körpə ölü doğulmuş hesab edilir.(AZƏRTAC)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar