Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda heç bir binaya istilik verilmir - Borca görə “Azəriqaz” qadağa qoydu

Tarix: 16-11-2019 14:16     Baxış: 4243 A- / A+
Bakıda heç bir binaya istilik verilmir - Borca görə “Azəriqaz” qadağa qoydu


Noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalara istiliyin verilməsinə başlanılmalı idi. Lakin bu gün paytaxtın bir neçə rayonundan saytımıza müraciət edən vətəndaşlar hələ də istiliyin verilmədiyindən şikayətləniblər.

Manevr.az xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı "Azəristiliktəchizat"a müraciət edib. Qurumun abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib ki, "Azəriqaz" onların qazanxanalarına qaz vermədiyi üçün binaları istiliklə təmin etmək mümkün deyil:

"Bu problem bizim "Azəriqaz"a olan borca görə yaranıb. Borcun artması da qazın və istiliyin qiymət fərqinə görədir. İstilik tarifləri qazın tarifindən çox aşağı olduğu üçün abonentlər borclarını tam ödəsə belə, biz "Azəriqaz"a olan borcu ödəmək gücündə deyilik. Hökümətə də, "Azəriqaz"a da müraciət etmişik. Keçən ilki borcları dövlət tənzimlədi, qalan borcla bağlı danışıqlar gedir".

"Azəriqaz"ın mətbuat katibi Ceyhun Səfərov sayta açıqlamasında məlumatı təsdiqləyib: ""Azəristiliktəchizat"in "Azəriqaz"a olan borc məsələsi həll olunana qədər qazın verilməsinə icazə verilmir. Danışıqlar aparılır, yaxın müddətdə, yəqin ki, bu problem həllini tapar. Biz ayrı-ayrı qazanxanalarla yox, "Azəristiliktəchizat"la işlədiyimiz üçün bütün Bakı üzrə qazanxanalara qazın verilişi dayandrılıb. Bu gün "Azəristiliktəchizat"ın "Azəriqaz"a olan borcu 29 milyon manatdan çoxdur".

Qeyd edək ki, bir neçə gün əvvəl "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev mətbuat konfransında yeni mövsümə hazır olduqlarını bildirib. O qeyd edib ki, gücləndirilmiş iş rejimi keçiriləcək və bütün qazanxanalar tam işə başlayacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar