Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu universitetin bütün əməkdaşlarına 500 manat mükafat veriləcək

Tarix: 15-11-2019 16:07     Baxış: 3332 A- / A+
Bu universitetin bütün əməkdaşlarına 500 manat mükafat veriləcək

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Manevr.az xəbər verir ki, BDU-dan report-a verilən məlumata görə, universitetin rektoru Elçin Babayev gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb, universitetin 100 yaşının tamam olması münasibətilə bütün kollektivi təbrik edib. Bildirib ki, Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib, noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib. 100 yaşlı universitetin tarixinə qısa nəzər salan rektor Elmi Şura üzvlərindən gün ərzində müxtəlif auditoriyalara gedib tələbələrə şanlı tarix haqqında məlumat verməyi xahiş edib.

Universitetin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər və son hazırlıq işləri barədə məlumat verən rektor yubileyin UNESCO-nun Parisdəki Baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, eyni zamanda, bu ali təhsil ocağının Qazax filialında, Mingəçevir Dövlət Universitetində, Sumqayıt Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanada, o cümlədən digər elm və təhsil mərkəzlərində qeyd edildiyini diqqətə çatdırıb.

Rektor, eyni zamanda, yubiley münasibətilə hazırlanmış kitablar haqqında danışıb, 100 illiklə bağlı elan edilmiş yaradıcılıq müsabiqələrinə yekun vurulduğunu, yaxın günlərdə qaliblərin elan ediləcəyini bildirib.

İclasda yubiley münasibətilə universitetin bütün əməkdaşlarının hər birinə 500 manat miqdarında mükafat verilməsi, rektor yanında ağsaqqal müəllimlərdən ibarət Məsləhət Şurası üzvlərinin universitetdə “Kitab evi”nin yaradılması barədə verdikləri təklif, Bakı Dövlət Universiteti və BDU Həmkarlar İttifaqı Komitəsi arasında imzalanmış Kollektiv müqavilənin təsdiqi barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

İclasda Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarı haqqında məlumat verib.

İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar