Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Hansı hallarda işsizlikdən sığorta haqqı almaq olar - Nazir şərtləri açıqladı

Tarix: 13-11-2019 19:05     Baxış: 3152 A- / A+
Hansı hallarda işsizlikdən sığorta haqqı almaq olar - Nazir şərtləri açıqladı


"Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır. Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır. Bu sığortanın ümumi prinsipidir".

Manevr.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, vətəndaş əgər ixtisara düşərək və digər şərtlərlə işdən azad olunursa, o müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər.

S.Babayevin sözlərinə görə, işsiz qalan şəxsə 6 aylıq işsizlikdən sığorta haqqı təyin olunur: "Bu rəqəm 3 ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatdan yuxarıdır. Əsas problem ondan ibarətdir ki, bir çox hallarda şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür. Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə işaxtaran şəxs statusundadırlar".

Nazir qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı dəyişikliklər növbəti illərdə parlamentə təqdim ediləcək./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar