Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İphone”un texniki səhvini tapan 17 yaşlı türk gəncə “Apple” şirkəti 30 manat verdi

Tarix: 13-11-2019 15:57     Baxış: 4155 A- / A+
“İphone”un texniki səhvini tapan 17 yaşlı türk gəncə “Apple” şirkəti 30 manat verdi


Türkiyədə 17 yaşlı gənc "İphone"un texniki səhvini tapıb.

Manevr.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində yaşayan 17 yaşlı Oğuz Akçay "Apple" firmasının "Iphone" markalı telefonunda texniki çatışmazlıq müşahidə edib.

Elektrik və elektronika ixtisası üzrə liseydə oxuyan O.Akçay tapdığı çatışmazlığı məktub vasitəsi ilə "Apple" firmasının elektron poçt ünvanına göndərib.

Sözügedən firma O.Akçaya təşəkkür edərək ona 100TL (təqribən 30 AZN) pul göndərib.
Hadisə ilə bağlı danışan O.Akçay "İphone"da olan problemi aşkarladığını bu cür izah edib: "Telefonla danışarkən günəş mənzərəsini çəkmək istədim. Ancaq kameraya girərkən telefonun ekranı qaraldı loqosu göründü telefon danışığım isə davam edirdi. Düşündüm ki, telefonumda texniki problem var.

Ancaq bir neçə oxşar modeldə yoxladım vəziyyət eyni idi. "Apple" şirkətinə problemlə bağlı elektron məktub ünvanladım. Onlar cavablarında mənə təşəkkür etdilər və hesabıma 100 lira yüklədilər. Belə böyük bir firmanın səhvini tapmaq məni çox təəccübləndirdi. Tapdığım üçün çox xoşbəxtəm"./yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar