Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Azəriqaz”ın yeni baş direktoru: "Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin..."

Tarix: 12-11-2019 12:09     Baxış: 4286 A- / A+
“Azəriqaz”ın yeni baş direktoru: "Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin..."


Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin borc mübahisələri qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək.

Manevr.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bir qrup istixana sahibi ilə görüşündə deyib.

O qeyd edib ki, bundan sonra istixana sahibləri ilə təkcə Şəmkir rayonunda deyil, digər regionlarda da hər ay ən azı bir dəfə görüş keçiriləcək. Bu görüşlər əsasən mövsümü işlərin görüldüyü (noyabrın 1-dən aprelin 1-dək) dövrü əhatə edəcək.

R.Əliyevin sözlərinə görə, sayğac tənzimləyicilərinin yeri isə sahibkarın öz istəyinə uyğun olaraq Birliyin hesabına dəyişdiriləcək.

Baş direktor onu da əlavə edib ki, qazın satış qiyməti ilə bağlı məsələlər Birliyin səlahiyyət dairəsinə aid deyil, bu barədə qərarlar Tarif Şurası tərəfindən qəbul olunur. "Azəriqaz" İB abonentlərin keyfiyyətli və texnoloji rejimə uyğun təbii qazla təchizatını həyata keçirir.

Görüşdə çıxış edən sahibkarlar əsasən istixanalara verilən qazın hər kub metrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər./ trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar