Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mütəxəssislər AÇIQLADI: Selfi çəkmək XƏSTƏLİKDİR

Tarix: 10-11-2019 21:34     Baxış: 4174 A- / A+
Mütəxəssislər AÇIQLADI: Selfi çəkmək XƏSTƏLİKDİR


Selfi çəkməyən insan varmı? Bu, ən məşhur foto çəkmə üsuludur. Lakin bilməliyik ki, selfi çəkmək psixoloji pozğunluğa yol açır.

Manevr.az xəbər verir ki, "Selfitis" adlandırılan bu xəstəlik zarafat kimi meydana çıxıb, sonar Amerika Psixiatrik Assosiasiyası və bir sıra digər səlahiyyətli qurum bunu ciddi araşdırmağa başlayıb.

Selfi asılılığı 3 qrupa bölünür və "selfitist davranış şkalası"na uyğun incələnir.

Sərhəd mərhələsi: gündə azı 3 selfi çəkən, lakin sosial mediada paylaşmayanlar.

Kəskin: gündə 3 selfi çəkib sosial mediaya yerləşdirənlər.

Xroniki: gündə azı 6 selfisini paylaşanlar.

Selfi çəkməyin 6 psixoloji səbəbi var: diqqəti çəkmək istəyi, özünü daha yaxşı hiss etmək, sosial mediada özünü bəyəndirmək, özünə inam qazanmaq, bir qrupa uyğunlaşma arzusu və ətrafın diqqətini üzərinə çəkmək.

Məsələn, "xroniki" kateqoriyasında selfi asılıları daha çox sosial şəbəkələrdə bəyənilmək üçün selfi çəkirlər.

Selfi çəkərkən ehtiyatsızlıq nəticəsində həyatını itirənlərin sayı heç də az deyil.

127 ölüm hadisəsindən 76-nın qeydə alındığı Hindistanda bu məzmunda araşdırma aparılıb.

Nottingem Trent Universitetinin professoru Yanarthanan Balakrişan bir selfitistin digər asılılıq davranışları ilə eyni simptomları daşıya biləcəyini qeyd edib.

Psixoloq Mark Sleyter isə selfitist adlı bir anlayışın olmadığını, belə təhlükəli və qeri-real bir şeyə real anlam yükləməyin ciddi fəsadlara yol aça biləcəyini bildirib. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar