Xəbər lenti
Türkiyədə müalicə alan dünya çempionu: 17 gün Allahın sınağında oldum

Karate üzrə dünya ikincisi Ayxan Mamayev böyrəyində yaranmış ciddi problemlərə görə Türkiyədə mualicəsini davam etdirir.
Bir həftə Azərbaycanda, 10 gün isə Türkiyədə müalicə alan Ayxanın səhhəti artıq düzəlib.
Bu barədə karateçi şəxsi “Instagram” hesabında məlumat paylaşıb.
“17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problmlə bağlı xəstəxanada qaldım. Bir həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. İlk növbədə ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara “çox sağ ol” demək istəyirəm.
Bütün xərcləri Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi sağalmağıma sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun”./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar