Xəbər lenti
Baş həkimi şantaj edən şəxslərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovu hədələyib pulunu almaqda təqsirləndirilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manevr.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elxan Hümbətova 12 il, Rövşən Əliyev 9 il, Hətəmxan Çobanov isə 8 il azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər baş həkimi şəxsi həyata aid görüntülərini yaymaqla hədələyib, 125 min manat pulunu və iPhone markalı telefonunu ələ keçirməkdə təqsirli biliniblər.
Təqsirləndirilən şəxslər baş həkimdən pul və telefonu aldıqlarını etiraf edirlər. Amma deyirlər ki, baş həkim pulları onu Sumqayıta baş həkim gətirmək vədi ilə alıblar.
Həmçinin saxlanılan şəxslər həkimə özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqlarını deyiblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar