Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bütün rayonların su pasportları hazırlanır - "Azərsu"yun sədri HESABAT VERDİ

Tarix: 07-11-2019 12:16     Baxış: 4206 A- / A+
Bütün rayonların su pasportları hazırlanır - "Azərsu"yun sədri HESABAT VERDİ


“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirib.

Manevr.az xəbər verir ki, Q.Hüseynov əvvəlcə bu ilin ötən dövründə görülən işlər barədə məlumat verib.

O qeyd edi ki, dövlətin siyasətində su sektoruna ciddi diqqət yetirilir. Bu istiqamətdə regionların sosial-iqtisadi inkişaf proqramları qəbul olunub: “Həmin proqramlarda su sektoru mühüm yer tutur. İndiyədək 50-yə yaxın rayonda işlər başlanılıb. Onlardan 30-dan çoxunda işlər başa çatıb. Su-kanalizasiya infrastrukturu qurulur. Suyun keyfiyyəti məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bir neçə rayonda tullantı sutəmizləyici qurğuların tikintisi həyata keçirilib. 11 rayonda su layihəsi başa çatıb, kanalizasiya layihələri icradadır.

Gəncə, Şəki, Şəmkir, Qax, Mingəçevir şəhərində işlər davam edir. Oktyabrın 28-də Prezident Ağdaşda su layihəsinin açılşında iştirak etdi. Yevlax, Horadizdə işlər başlanılıb. Gələn il Bədrə, Balakən və Neftçalada da işlər başlanacaq. Xaçmaz, Xızı, Qobustan, Beyləqan, Ağcabədi, Ağdaş rayonlarında sutəmizləyici qurğuların inşası başa çatdırlıb”.

Q.Hüseynov qeyd edib ki, son vaxtlar yağıntıların az olması ilə bağlı bir sıra çətinliklər müşahidə ediblər. Ona görə də bəzi rayonlarda alternativ mənbələrin yaradılmasını başa çatdırıblar.

Suyun keyfiyyət parametrləri barədə danışan ASC sədri qeyd edib ki, Qobustan və Ağstafada suyun codluq parametrləri çox yüksək idi.

Respublikanın kəndlərində də layihələr həyata keçirdiklərini bildirən Q.Hüseynov bu il 7 rayonun 18 kəndində 30 min insanın su ilə təminatının yaxşılaşdırıldığını bildirib: “Artıq 1045 kənddə suyun təmizlənməsi 485 modul tipli qurğular vasitəsilə həyata keçirilir. Modul tipli qurğuların su emalı nəticəsində 690 min əhali bundan faydalanır. Alternativ su mənbələri olmayan kəndlərdə əhali bu qurğularla içməli su əldə edir”.

Q.Hüseynov qeyd edib ki, “Azərsu” ASC regional laboratoriyalar yaradıb: “İlk mərhələdə bizim əsas hədəfimiz “Azərsu”nun xidmət dairələrində olan bölgələrdə olan su mənbələrini nəzarətə götürülmək idi. Həqiqətən regionlarda çox böyük işlər görülüb. Biz bütün rayonların "su pasportu"nu hazırlayırıq. Burada hər bir rayonun suyun təchizatı, mənbələri kimi məsələlər öz əksini tapıb. Bəzi kəndlər var ki, orada su təhizcatı ilə bağlı problemlər var. Bir sözlə, regionlarda vətəndaşların su təchizatı ilə bağlı məsələlər diqqətdə saxlanılır. Bu işin həyata keçirilıməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumatlardan istrifadə edirik”./publika.az

Manevr.az

Bütün rayonların su pasportları hazırlanır - "Azərsu"yun sədri HESABAT VERDİ
Bütün rayonların su pasportları hazırlanır - "Azərsu"yun sədri HESABAT VERDİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar