Xəbər lenti 
					
 
		Misir Mərdanov: Jurnalistlər bilərək, məni siyasətə çəkmək istəyirlər - VİDEO

İTV-də efirə gedən “3D” verilişinin budəfəki qonağı sabiq Təhsil naziri Misir Mərdanov olub.
Manevr.az xəbər verir ki, sabiq nazirlə verilişin aparıcısı Dadaş Dadaşlinski arasında maraqlı söhbət baş tutub.
Misir Mərdanov bildirib ki, vəzifədən çıxandan sonra dostlarının sayı daha da çoxalıb:
“Məni axtaranlar artıb. Tam səmimi deyirəm. Vəzifədə olanda çox adamla təmasda ola bilmirsən. Vəzifədən çıxandan sonra təmas çoxalır”.
Aparıcının “Vəzifədən gedənlərin, sonradan məlum olur ki, milyonları, milyardları var. Bəs siz pullarınızı hansı bankda saxlayırsınız?”, - sualına isə sabiq belə cavab verib:
“Nazir olanda da, olmayanda da heç bir bankla əlaqəm olmayıb. Nəyim varsa, evimdə, cibimdə olub”.
Misir Mərdanov jurnalistlərin suallarını çox vaxt cavabsız qoymasında da danışıb:
“Bilirsiniz, jurnalistlər istəyirlər ki, müəyyən fikirlər öyrənmək üçün bilərək məni siyasətə çəksinlər. Ona görə də deyirəm ki, mənə belə suallar verməyin. İndiki fəaliyyətimlə bağlı nə suallar versəniz, cavab verməyə hazıram. Lakin mən bilirəm ki, o suallar qərəzlidir və mən qərəzli suallara cavab vermirəm”.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















