Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Moskvadakı məşhur "Bakı" kinoteatrı sökülüb - ŞƏKİL

Tarix: 02-11-2019 23:17     Baxış: 4261 A- / A+
Moskvadakı məşhur "Bakı" kinoteatrı sökülüb - ŞƏKİL

Moskvadakı məşhur "Bakı" kinoteatrı sökülüb.

Manevr.az verdiyi məlumata görə, sovetlər dövründən fəaliyyətdə olan və Rusiya paytaxtının prestijli rayonlarından birində, Usiyeviça küçəsi 12/14 ünvanında yerləşən "Bakı" kinoteatrının sökülməsinə başlanılıb.
Kinoteatrın yerləşdiyi binada "Bakı" adlı Azərbaycan restoranı da fəaliyyət göstərib. Artıq bir neçə gündür ki, ağır texnika "Bakı" kinoteatrının yerləşdiyi binanı sökməyə başlayıb.

APA -nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, sökülən binanın yerində yeddimərtəbəli yeni ticarət mərkəzi tikiləcək. Ticarət mərkəzində beş mərtəbə yerin üstündə, iki mərtəbə isə yerin altında olacaq. "VTB" bankına məxsus bu mərkəzin 2000 kv/m-i yenə azərbaycanlı iş adamlarına icarəyə veriləcək. Həmin 2000 kv/m ərazidə yenidən "Bakı" kinoteatrı açılacaq. Bundan başqa bu məkanda Azərbaycan mədəniyyət mərkəzinin açılacağı da planlaşdırılır.

Qeyd edək ki, Moskvadakı "Bakı" kinoteatrı 1974-cü ildə memarlar İ.Volkov, E.Smolina və L.Fadeyevanın layihəsi əsasında tikilib. Binanın tikilməsində ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub. Kinoteatrda 600, 70 və 60 nəfərlik üç zal olub.
Moskvadakı məşhur "Bakı" kinoteatrı sökülüb - ŞƏKİL
Moskvadakı məşhur "Bakı" kinoteatrı sökülüb - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar