Xəbər lenti
Səhiyyə Nazirliyindən şöbə müdirinin işdən çıxarılması xəbərinə Reaksiya

Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.
Manevr.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Pərviz Əbubəkirov report-a bildirib ki, G.Poladovun işdən azad olunması xəbəri həqiqəti əks etdirmir.
"Bəzi kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil", - deyə P.Əbubəkirov bildirib.
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində G.Poladovun Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.png)

Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































