Xəbər lenti
"Şəhidləri çiynimdə daşıdığımdan xəbərsizdirlər" - Deputat
Millət vəkili Səməd Seyidov onun Primakovun yubileyi ilə bağlı Bakı Slavyan Universitetinin keçirdiyi tədbirdə iştirak etməsi haqda sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
Manevr.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, S.Səmədov bildirib ki, bu iddialar onu çox qəzəbləndirib: “Görünür ki, bu iddiaları irəli sürən şəxslər mənim “20 Yanvar” şəhidlərini çiynimdə daşıdığımdan, qanlı gecədə şəhid olmuş tələbəm Ülvi Bünyadzadənin adına muzey açmağımdan, doğma qardaşımın ermənilər tərəfindən qətlə yetirildiyindən bixəbərdirlər. Sevinc Fətəliyevaya və həmin vaxt Brüsseldə olan Sahibə Qafarovaya qarşı da eyni böhtanı atan bu şəxslərin məqsədi heç bir əsası olmayan, yalan və böhtan xarakterli iddialar irəli sürərək, dövlətimizin maraqlarını hər zaman hər şeydən üstün tutan, Azərbaycanı beynəlxalq aləmdə təmsil edən insanların əməklərini heçə sayaraq, çirkin şəkildə ləkələmək, insanlarda onlara qarşı nifrət hissi oyatmaqdır. O dərəcədə çirkindirlər ki, mənim Avropa Şurasında çəkilmiş şəklimi həmin tədbirdəki kimi təqdim etməkdən, xəbərim belə olmadığı bir tədbirdə iştirak etdiyimi iddia etməkdən belə utanmırlar!!!”
Qeyd edək ki, BSU-da “20 Yanvar” faciəsinin təşkilatçılarından biri Primakovun yubileyi ilə bağlı müsabiqə elan edilib və tələbələr məqalələr yazaraq yer tutublar. Sonra isə bu mövzuda tədbir keçirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar