Xəbər lenti
Nazir AÇIQLADI - Köhnə avtomobillər yollardan yığışdırılacaq - VİDEO
''Azərbaycanda avtomobil parkının köhnəlməsi intensiv şəkildə gedir. Bu isə havanın böyük həcmdə çirklənməsinə səbəb olur''. Bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib. Nazir 2016-cı illə müqayisədə 2018-ci ildə ölkəyə avtomobil idxalının 5 dəfədən çox artıdığını qeyd edib.
Muxtar Babayev ölkəmizdə işlənmiş suyun təmizlənməsinin ürəkaçan səviyəydə olmadığını, amma yeni qurulan bir sıra zavodlarda belə qurğuların istifadəyə verildiyini bildirib. Nazir vətəndaşları sudan qənaətlə istifadə etməyə səsləyib.
Hazırda ölkəmizdə ekologiyaya mənfi təsir edən digər əsas amil isə bölgələrdə tullantıların kortəbii şəkildə məhv edilməsidir ki, bu prosesə nəzarət gücləndiriləklə yanaşı bölgələrdə də Bakıda olduğu kimi tullantıların idarə edilməsi mərkəzlərinin tikilməsi hədəflənir.
Nazir polietilen torbaların təbiətə vurduğu ziyanla bağlı da danışıb və qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsinin razılaşdırma mərhələsində olduğunu bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar