Xəbər lenti
Şirvanda “Sabaha boylanan düha” adlı tədbir keçirilib - ŞƏKİLLƏR
Şirvan şəhər Heydər Əliyev Mərkəzində görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar “Sabaha boylanan düha” adlı tədbir keçirildi.
Manevr.az xəbər verir ki, tədbiri Mərkəzin əməkdaşı Bibixanım Şükürlü açaraq Azərbaycan Prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixində “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını diqqətə çatdırıb. Bildirib ki, ədibin 120 illik yubileyinin keçirilməsi Cəfər Cabbarlı yaradıcılığına yenidən nəzər salmağa və yeni baxış bucağı altında araşdırmağa yol açacaq. Şairin milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışan Gənclər evinin əməkdaşı, şair publisist Nurlan Qədimli vurğulayıb ki, dramaturgiyanın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.
Dolğun və məzmunlu məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Məktəblilər ədibin "Ana”, "Ölkəm”, "Azərbaycan bayrağına” adlı şeirlərini səsləndiriblər. Sonda Uşaq Musiqi məktəbinin ifasında Cəfər Cabbarlının sözlərinə yazılmış mahnılar səsləndirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar