Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İt özünsən, tərbiyəsiz!..” – Komitə rəsmisi ilə QHT sədri arasında qarşıdurma

Tarix: 25-10-2019 08:15     Baxış: 3231 A- / A+
“İt özünsən, tərbiyəsiz!..” – Komitə rəsmisi ilə QHT sədri arasında qarşıdurma

Son zamanlar prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar cəmiyyətin diqqət mərkəzindədir və ayrı-ayrı ictimai fəal şəxslər dövlət strukturları ilə bağlı öz təkliflərini səsləndirirlər.

Manevr.az xəbər verir ki, "Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərovanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də struktur islahatlarına aid edilməsi barədə təklifinə vətəndaş cəmiyyətindən dəstək gəlib.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə "Ailə uşaq komitəsinə ehtiyac duyulur ki? Yaxud bu komitənin varlığını kimsə hiss edir ki? Bu komitə demək olar ki yoxdur” yazıb.

Bu fikirlərə isə Komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun cavabı sərt olub.

"Dövlət Komitəsinin fəaliyyətini görməyən kor insandır. Sadaladığınız insanlar Hicran Hüseynovanın kadrlarıdı. Xanımın rəhbərliyi və dəstəyi ilə formalaşıblar.

Komitə Azərbaycanda gender bərabərliyi və məişət zorakılıqla mübarizə sisteminin yaradılmasında iştirak edib. Bizim fəalliyətimiz hər gün aparılır: təlimlər, proqramlar, hesabatlar, preventiv tədbirlər, qurbanlarla iş, psixolojı və hüquqi yardım və s.

Olan səlahiyyətlərlə müqayisə etsək bu son 15 il ərzində görülən işlər müqayisəedilməzdi. Bu işdə Hicran xanımın çox böyük töhvəsi var. QHT-nin və Komitənin fəalliyyəti birgə olmalıdı. QHT-lər dəstək almalıdı. Komitə ləğv edilsə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində mərkəzi qurum olmayacaq. Sonda bir sözdə deyim: İt hürər, karvan keçər”.

Mirvari Qəhrəmanlı cavabında təhqir olunduğunu bildirib: "Kor özünsən. Ayıb olsun sənə. Heç gözləməzdim səndən.

Mən düşündüyümü, gördüyümü deyirəm. Buna görə məni təhqir eləməlisən ki? Sonda isə deyirəm; İt özünsən.Tərbiyəsiz! Mən fikrimi bildirdim sən məni təhqir etdin. Bəlkə də nəvəm yaşındasan. Sənə kim haqq verib məni təhqir etməyə? Səni aşağılayacaq nəsə yazdım ki? Yenə də utan, yerə gir. Mən səni tərbiyəli peşəkar bir insan hesab edirdim. Gör sizə müraciət edən qadınlarla necə davranırsınız”.yenisabah

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar