Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Maqnit qasırğası olacaq

Tarix: 24-10-2019 16:21     Baxış: 3149 A- / A+
Maqnit qasırğası olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub.

Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində ümumən normal külək rejiminə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 370 km/san-yə qədər azalıb. Geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir (Kp=3, 4).

Proqnoz dövründə (24 - 26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə ilk iki gün (24, 25 oktyabr) tac dəliyindən çıxan yüksək sürətli axınlar effekti səbəbindən Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə (26 oktyabr) şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə (24 - 26 oktyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=3, 4), lakin qısa fasilələrlə CH HSS effektinin təsiri hesabına G1 Minor səviyyəli qasırğa şəraiti (Kp=5) müşahidə oluna bilər. Xatırladaq ki, Azərbaycan 38○24ꞌ və 41○54ꞌ şimal en dairələri arasında yerləşdiyindən qasırğanın mənfi təsirinə demək olar ki, məruz qalmır.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 30%-dən, son gün isə 15%-dən aşağı qiymətləndirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar