Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Deputatın yaşına baxmazlar, başına baxarlar" - Millət vəkili üçün yaş senzi varmı?

Tarix: 24-10-2019 14:56     Baxış: 4443 A- / A+
MM-in vitse-spikeri Valeh Ələsgərov gerçək millət vəkilidir
"Deputatın yaşına baxmazlar, başına baxarlar" - Millət vəkili üçün yaş senzi varmı?


Son çağlar icra strukturlarında pensiya yaşına çatmış, 70 yaşını keçmiş məmurların görəvlərindən ayrılmalarına start verilməsi, seçkili orqanlarda , hətta Milli Məclis deputatlarının da istefaya göndərilməsi çağırışlarına “əsas olub”. Təbii ki, bu çağırışlar diletantlıqdan qaynaqlanır və seçki yolu ilə icra, qanunverici hakimiyyətdə təmsil olunanlara yaş senzinin tətbiq edilməməsi Ana Qanun ilə təsbit olunub. AMEA prezidentinin əvəz olunmasına gəldikdə isə, 85 yaşlı akademik Akif Əlizadə bir il qabaq növbəti müddətə prezident seçilmişdi və sağlamlıq durumu yol vermədiyindən, özü görəvindən istefa verdi və növbədənkənar seçki yolu ilə 81 yaşlı akademik Ramiz Mehdiyev prezident seçildi. Göründüyü kimi, seçkili görəvlərdə yaş senzi rol oynamır. Milli Məclisin deputatlarını xalqın seçdiyini nəzərə alsaq, qanunverici hakimiyyətdə təmsil olunan deputatların yaş həddi ilə bağlı vəkilliklərinə xitam verilməsinə çağırışın özü savadsızlıqdır.

Bir sözlə , prezidentə, deputata yaşına görə yox, başına, işinə görə qiymət verilir. “Yaş siyahıları”nda Milli Məclisin vitse-spikeri, millət vəkili Valeh Ələsgərovun adını görəndə mətbuatın mövzu tapmadığı qənaətinə gəlməkdən başqa yolun qalmır. Yəqin ki, bu media qurumları Valeh müəllimin millət üçün, seçiciləri üçün gerçək millət vəkili kimi can yandırmasından bilgisizdirlər. Qarabağ əlillərinə münasibətdə Milli Məclisin vitse-spikeri, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin sədri daha həssasdır. Boşuna deyil ki, əlil-şəhid ailələri onu özlərinin vəkili sayırlar. Hansısa deputatın yataqda xəstə yatan Qarabağ əlilinə baş çəkdiyini, telefonla da olsa maraqlandığını kimsə eşidib-bilirmi? Hansısa deputatın Qarabağ əlilinin problemlərindən yana hansısa nazirin qapısını döydüyünü, telefonla nazirlə danışıb problemini çözdüyünü eşidən-bilən varmı? Valeh Ələsgərov belə millət vəkilidir, tutduğu görəvi, daşıdığı adı layiqincə doğruldur.

Dədə-babalarımızdan qalma deyimdir, deyərlər, dost başa baxar, düşmən ayağa. Deputatın yaşına baxmazlar, başına baxarlar, işinə görə qiymət verərlər. Valeh Ələsgərovun işi isə göz önündədir. Gələn il keçiriləcək parlament seçkilərində də millətin nümayəndəsinə dost olan vəkil kimi yer alacağı şübhəsizdir. Yenə də “bizim vəkilimiz” bizim problemlərimizi çözmək adına kiminsə nazir qapısını, kiminsə telefonunu deputat mandatı ilə açacaq. Yaşın artması başa ucalıqdan başqa nə gətirər?!

Məğrur Bədəlsoy

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar