Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Permanent makiyaj - Mövcud risklər

Tarix: 24-10-2019 08:56     Baxış: 3332 A- / A+
Permanent makiyaj - Mövcud risklər


Permanent makiyaj heç bir fəsadı olmadan edilən məşhur kosmetik prosedur olaraq bilinir.

Amma onun da tibbi baxımdan, ağırlaşmalara səbəb ola biləcək riskləri mövcuddur. Onları üç qrupa bölmək olar:

Birinci qrup permanent makiyajla birbaşa əlaqəli deyil. Bu, prosedur zamanı cildin zədələnməsi, qanla, bədəndəki mayelərlə təmas bunun nəticəsində infeksiyaya (HİV, hepatit və s.) yoluxma ehtimalıdır.

Sözsüz ki, indi alətlərin əksəriyyəti birdəfəlikdir, amma yenə də infeksiya riskini görməzdən gəlmək olmaz.

Risklərin ikinci qrupu birinciyə bənzəyir. Belə ki, proseduru həyata keçirən ustanın tibbi təhsili yoxdursa, asepsis və antiseptiklərin qaydalarını bilmirsə, qoruyucu maska taxmırsa, tüpürcək belə infeksiya mənbəyinə çevrilə, infeksiya səbəbindən kəskin iltihablı reaksiya baş verə bilər.

Üçüncü qrupa allergik reaksiyalar daxildir. Buna həm prosesdə istifadə edilən hər hansı bir komponent, həm də piqmentlərin özləri səbəb ola bilər. Allergiyalar daha çox döymə və lazer istifadə edilən prosedurlarda özünü göstərir. Belə allergiyalar bəzən bir neçə saat ərzində keçib gedə, bəzən isə daha ağır fəsadlar verə bilər.

Ümumilikdə əksər hallarda permanent olduqca dinc prosedurdur və ağırlaşmalar, mənfi reaksiyalar olduqca az hallarda baş verir. Amma yenə də məsələn, allergiya kimi nəticələri əvvəlcədən müəyyən etmək mümkünsüzdür. Buna görə də diqqətli olmaqda fayda var./oxu.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar