Xəbər lenti
Deputat: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq”

"Bu ilki bələdiyyə seçkilərinə çatdırmaq mümkün olmadı. Amma gələn bələdiyyə seçkilərində yeniliklər mütləq olacaq”.
Manevr.az xəbər verir ki, bunu modern.az-a bələdiyyə seçkiləri haqqında danışarkən Milli Məclisin deputatı Siyavuş Novruzov söyləyib. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı yeniliklər tətbiq etmək üçün öncəliklə qanunvericilik dəyişdirilməlidir:
"Biz bir neçə dəfə məsələ qaldırmışıq ki, bələdiyyə sədrləri birbaşa insanlar tərəfindən seçilsin. Bunu tətbiq etmək üçün əvvəlcə qanunvericilik dəyişməlidir. Bu ilki bələdiyyə seçkilərinə həmin məqamları çatdırıb, tətbiq etmək mümkün olmayacaq. Amma növbəti bələdiyyə seçkilərində sözügedən yeniliklərlə bağlı addım atılacağını düşünürəm”.
Qeyd edək ki, bu il Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Artıq seçki kampaniyasına başlanılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar