Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır

Tarix: 20-10-2019 11:48     Baxış: 4257 A- / A+
Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır



"Azərbaycanda avtomobillərdə ən çox yanacağın keyfiyyətsiz olması ilə bağlı problemlər yaranır".

Manevr.az xəbər verir ki, lent.az -a bu barədə tanınmış mühəndis Elçin Abbasov məlumat verib. O, bundan əlavə, baş verən nasazlıqların digər səbəbləri barədə də danışıb:

Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır


“Maşınlarda əmələ gələn nasazlıqlar hansısa mühitlə əlaqədardır. Azərbaycanı digər ölkələrdən fərqləndirən məsələlərdən biri də yanacağın keyfiyyətinin aşağı olmasıdır. Bu səbəbdən də maşınlarda nasazlıqlar yaranır. Bu, dizel yanacağı ilə işləyən maşınlara daha çox ziyan vurur. Səhv yanacaq seçimi ilə də maşınlarınıza zərər vurmuş olursunuz. Məsələn, yüksək güclü turbo mühərrikə bəzən “A-92” yanacağından istifadə edilir. Bu da qısa müddətdə mühərrikin sıradan çıxmasına gətirib çıxarır. Əvvəl maşınlar üçün xarakterik olan pozulmalar işlək hissələrin nasazlığı idi. Bu da yolların bərbad vəziyyətdə olması ilə bağlıdı. Bu nasazlıqlar indi demək olar ki, azalıb. Bundan əlavə, ən çox rast gəlinən problemlər ustaların səriştəsizliyi sayəsində meydana gəlir. Bəzən ustalar düzgün diaqnoz qoymur, düzgün təmir etmir, ona görə də maşında problemlər yaranır. Ya da qəsdən edirlər ki, bir daha müraciət edəsiniz. Ustanızı düzgün seçin. Sizi aldatmasın.
Digər tərəfdən, maşınlarda nasazlıq keyfiyyətsiz ehtiyat hissələr istifadə etməkdən də əmələ gəlir. Usta ucuz olsun deyə sizə bunu təklif edə bilər. Bu, yenə düzgün qulluğun aparılmaması ilə əlaqədardır. Keyfiyyətsiz ehtiyat hissələrdən istifadə etmək həmin detalların tez-tez sıradan çıxmasına səbəb olur və nasazlıqlar təkrarlanır”.

Mühəndis köhnə maşınların tez-tez xarab olduğunu vurğulayıb, yeni maşınların elektronika sistemindən söz açıb:
“İstehsal illərinə gəldikdə, təbii ki, əsasən keçmiş illərin maşınları daha tez-tez xarab olur. Yeni maşınlarda problemlər elektronika sistemi ilə bağlıdı. Yeni maşınlarda elektrik qurğuları çox olduğu üçün bu səbəbdən nasazlıqlar da məhz elektronika sistemində yaranır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar