Xəbər lenti
Azərbaycanda 5 manata satılan yumurta - ŞƏKİL/VİDEO
Türkiyənin Zonquldağ bölgəsində yaşayan 59 yaşlı təqaüdçü İsmət Koç həyat yoldaşı Aişə Koçla birgə yumurtası yaşıl olan “Ameraukana” cinsli toyuq təsərrüfatı yaradıb. 6 il əvvəl bir dostu tərəfindən ABŞ-dan gətirilən 8 ədəd yaşıl yumurtadan bu biznesə başlayan fermer deyir ki, təsərrüfatlarında istehsal olunan məhsula nəinki Türkiyədə, Azərbaycanda da böyük tələbat var.
Metal Zavodundan təqaüdə çıxan İsmət Koç fermasında istehsal etdiyi yumurtaların hər birini 10 lirəyə satır. Fermerin sözlərinə görə, Türkiyənin müxtəlif bölgələrindən və Azərbaycandan çoxlu sifariş alır. Toyuq təsərrüfatındakı 150 toyuqdan 50 yaşıl yumurta alan Koç ailəsi qazandıqları pulla Aişə Koçun sosial sığorta haqqını ödəyib və o, yaxın vaxtlarda təqaüdə çıxacaq.
Bu işə hobbi kimi başladığını deyən fermer bildirir ki, artıq toyuq təsərrüfatı onun üçün dolanışıq yeridir: “Türkiyədə bu təsərrüfatı ilk quranlardan biriyəm. Bütün əyalətlərə yumurta göndərmişəm. Azərbaycanda da yaşıl yumurtaya böyük tələbat var. Hətta o qədər çoxdur ki, mən bunu qarşılaya bilmirəm. Gəncləri bu peşəyə cəlb etməyə çalışıram. Onlar məhsulun satılmamasından narahatdırlar. Mən onların qorxmamalarını və bu işi görmələrini istəyirəm. Yetər ki, istehsala başlasınlar”, - İ. Koç deyib.
Yaşıl yumurtanın bir çox xəstəliklərə dərman olduğunu dilə gətirən İsmət Koç bu toyuqların gəzməsi və sağlam qidalanmasının vacibliyini deyib: “Digər toyuqlar qapalı yerdə saxlanılır, yalnız yeyirlər və yumurta verirlər. Bu heyvanlar isə xoşbəxtdirlər. Çünki, onlar gəzirlər, əylənirlər. İnsanlar hər gün bu yumurtadan bir dənə yeməlidirlər. Bu yumurta insanları xoşbəxt edir. Prezidentimizə də səsinin batmaması üçün bu yumurtalardan göndərdik. Yumurtanın tərkibində xolesterin yoxdur”.
Lakin qısa araşdırma apardıq və məlum oldu ki, Türkiyədən idxalla yanaşı, Azərbaycanda da fərdi təsərrüfatlarda yaşıl və mavi yumurtalar istehsal edilir. Daha çox yerli elan saytları vasitəsilə satılan bu yumurtanın bir ədədinin qiyməti 2-5 manat arasında dəyişir.
Online ticarətlə məşğul olan yumurta tacirlərindən biri ilə əlaqə saxladıq. Sahibkarın virtualaz.org-a bildirdiyinə görə, “Ameraukana” cinsli toyuq təsərrüfatını Hacıqabulda yaradıb. Buradan həm Bakıya, həm də bölgələrə sifariş qəbul olunur: “Bakının iri supermarketlərinin bir neçəsində məhsullarımızı satışa çıxarmışıq. Bizdə qiymət aşağıdır, bir ədədi 2 manat. Marketlərdə isə bir qədər də aşağıdır, 10 ədədi 12 manata təklif olunur. Alıcılarımız var, istənilən miqdarda sifariş götürə bilərik”, - sahibkar deyir.
Qeyd edək ki, dünyada son dövrlər məşhurlaşmağa başlayan yaşıl yumurta ilə bağlı mütəxəssis rəyləri heç də birmənalı deyil. Bəziləri hesab edirlər ki, bu yumurta hamilə qadınlar və uşaqlar üçün daha faydalıdır, vitamin və mineral tərkibi baxımından zəngindir. Bu səbəbdən də bəyaz yumurta ilə müqayisədə yaşıl yumurtanın qiyməti xeyli bahadır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar