Xəbər lenti
Tərkibində palma yağı olan ərzaqlar – Hər gün yeyirik
Palma yağının insan orqanizminə faydalı və ya zərərli olması barədə qızğın müzakirələr, mübahisələr davam edir. Hələ də palma toxumunun yağının qidada istifadəsi barədə yekdil rəy yoxdur. Amma artıq palma yağı qida sənayesində və süfrələrimizdə özünə yer tutub.
Palma yağı hətta ən ucuz bitki yağından belə ucuzdur, asan əldə olunur və uzun müddət qalır.
Artıq İndoneziya və Malayziyada palma ağaclarının qırğını bu ağacların tükənməsinə gətirib çıxarıb. Bu isə palma ağacının meyvələri ilə qidalanan tropik meşə heyvanların sonunu yaxınlaşdırır.
Çiy palma yağı - hələ emal olunmaçış halda qırmızı-narıncı rəngdə olur. Bu isə onda olan çox miqdar beta karotin, yəni kökə rəng verən maddənin olmasındadır.
Əslində palma meyvəsi E, K, A vitamini ilə zəngindir. 50 faiz halda doymuş yağlar çoxdur, o isə insan üçün elə də zərərli sayılmır, əgər normada, uyğun dozada qəbul olunsa.
Biz isə təbii ki, toxumdan soyuq sıxılma ilə alınmış bu çiy yağı yox, rafinə olunmuş, sənaye baxımdan işlənmiş palma yağı yeyirik.
Onun heç bir qida tutumu və faydası yoxdur. Meyvələr təmizlənəndə karotinoidlər, antisokdantlar itirilir və yağ açıq sarı, ağ rəng alır.
Yağ yarı duru haldan bərk formaya keçəndə isə onda çox zərərli trans yağlar yaranır. Trans yağ damarları tutur, ürəyi sıradan çıxarır, beyin damarlarını tıxayır.
Palma yağı ən çox hansı ərzaqlarda var:
1.Bütün şokoladlı kremlər, souslar, ucuz şokoladlar, konfetlər
İndi satışda olan çox şokoladların əsas tərkibi elə palma yağıdır. Çünki palma yağı ərimir, uzun müddət məhsulu saxlayır.
Eləcə də bərk palma yağı dondurmalarda var. Palma yağı kremə bənzər bütün qidalarda var, çünki krem kimi konsistensiya üçün palma yağı sərfəlidir.
2.Marqarin yağları
Marqarin bitki yağlarından alınırdı və alınmalıdır. Amma indi çox ucuz, su qiymətinə olan marqarin palma yağlarından alınır. Marqarin isə qidada istifadə olunanda, qızdırıldıqda, bişdikdə trans yağa çevrilir.
3.Qızardılmış çörək, hamburger bulkası, hot doq
Qızardılmış çörək falqaya bükülür və uzun müddət qalır. Onun tərkibində bərk bitki yağı, un, emulqatiorlar olur. Fast food məkanları və kafelər bu çörəkləri, bulkaları alıb uzun müddət istifadə edir.
4.Dondurulmuş qidalar
Dondurulmuş xəmir, tərəvəzlər, ət məmulatlarında palma yağı olur.
5.Peçenye, şirniyyat, kremli məmulatlar
Hazır satılan, yəni fabrik, zavod, eləcə də sex istehsalı olan bütün qablaşdırılmış və ya açıq satılan xəmirli məmulatlarda artıq palma yağı var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar