Xəbər lenti
Yeni doğulan körpə hər kəsi təəccübləndirdi - ŞƏKİL

Avstraliyanın Sidney şəhərində 5 kq 88 qram çəkisi olan qız uşağı dünyaya gəlib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 27 yaşında olan ana Emma Millar hamiləliyinin 35-ci həftəsində uşağının 4 kq olduğunu öyrənib, ancaq onun daha çox böyüməyəcəyini düşünüb.
Üç həftə sonra dünyaya gələn uşağın çəkisi isə 5 kq 88 qram olub. Onun sağlığında heç bir problemin olmadığı bildirilib.
Anası qızı Remi Frances haqqında bu sözləri deyib:
“Övladım balaca suma güləşçisi kimidir. Diabet xəstəliyi səbəbindən qızımın böyük olacağını bilirdim, ancaq onun bu qədər böyük olacağını gözləmirdim”.
Qeyd edək ki, Avstraliyada ortalama körpələrin çəkisi 3 kq 3 qramdır. Buna görə də dünyaya gələn qız uşağının çəkisi ölkədə marağa səbəb olub.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar