Xəbər lenti
1500 illik sirli lövhədə Azərbaycan izi: 70 illik araşdırma müəmmanı çözdü
1950-ci illərdə İsrailin Kesariya şəhəri yaxınlığında yerləşən Kesariya Maritma antik məbəd kompleksindəki amfiteatrın qalıntıları arasından tapılan qədim lövhədəki yazının sirri 70 illik araşdırmadan sonra çözülüb.
Verona Universitetinin italiyalı tarixçisi Atilliyu Mastrokin lövhə üzərindəki yazını əks etdirmə texnikası ilə tərcümə edə bildiklərini açıqlayıb.
Lövhəni oxumağı bacaran mütəxəssislər bunun 110 cümlədən ibarət qarğış olduğunu ortaya çıxarıb. Lövhədə kişi sənətçi və idmançı olduğu bildirilən Manna lənətlənir, ona zərər verməsi üçün tanrılara çağırış edilir.
Lövhədə “Ayaqlarını bağla, Mannanın rəqsinə əngəl ol”, “Gözlərini, əllərini, ayaqlarını bağla ki, teatrda rəqs edə bilməsin” kimi sözlər yer alıb.
Qədim dillərdən biri ilə yazılmış yazı Mannanın belinin bükülməsini, tənbəlləşməsini, zəifləməsini, müvazinətini itirməsi kimi qarğışlarla davam edir.
Qarğışda qədim Misirin müdriklik tanrısı Tot da daxil olmaqla, bir çox tanrıya müraciət edilir. Habelə göylərdəki, yerdəki və dənizlərdəki şeytanlar da köməyə çağırılır.
Lövhənin aid olduğu dönəmdə bölgə Bizans imperiyasının əsarəti altında idi. Bu səbəbdən də Mastrokin Manna və bu yazını yazan şəxsin bir-birinə düşmən olan tərəflərdə yer ala biləcəyini ehtimal edir.
Əlavə edək ki, Manna adının qədim Azərbaycanla bağlılığı var. Bu, e.ə IX-VI əsrlərdə Azərbaycan ərazilərində mövcud olmuş Manna dövləti ilə əlaqədardır.
Qədim türk xalqlarının tarixində ilk dövlət olan Manna, eyni zamanda ilk mərkəzləşdirilmiş Azərbaycan dövləti idi. Tarixçilər bu adın mənşəcə yerli olduğunu bildirirlər. (teleqraf.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar