Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sənədsiz ev problemi: "Bu evlər sənədləşdirilməyəcək" - SƏBƏB

Tarix: 11-10-2019 10:41     Baxış: 4197 A- / A+
Sənədsiz ev problemi: "Bu evlər sənədləşdirilməyəcək" - SƏBƏB

“Sənədsiz ev probleminin həlli yolu çox çətindir”.
Bu sözləri daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyib. O bildirib ki, sənədsiz evlərlə bağlı problemlərin hamısı eyni deyil:

“Bəzi sənədsiz evlər qanunsuz yerlərdə tikilib və ümumiyyətlə, həmin ərazilərdə tikintiyə icazə belə yoxdur. Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmandan sonra təxminən 400 bina ilə bağlı müvafiq addımın atılması nəzərdə tutulurdu. Ancaq bu proses uzun müddətdir gedir və yekunlaşmayıb. 400 binadan başqa onminlərlə sənədsiz ev var. Onların əksəriyyəti həyət evləridir. Ona görə düşünürəm ki, bu prosesin tamamilə yekunlaşması üçün hələ uzun müddət lazımdır”.
R.Əliyev qeyd edib ki, bütün evlərin sənədləşdirəcəyi fikirləri düzgün deyil:
“Çünki bütün evlərlə bağlı araşdırmalar aparıldıqdan sonra elə yerlər çıxacaq ki, orada qanunsuz yaşayış məskənləri salınıb. Zənnimcə, həmin evlərin problemləri qalacaq və onlara sənədlər verilməyəcək. Daha sonra isə bu mövzuda olan problemlərin həlli üçün addımlar atılacaq”.
Xatırladaq ki, hazırda Bakıda 500 minə yaxın sənədsiz tikilinin olduğu qeyd edilir. Bunların əksəriyyəti isə vətəndaşların yaşadığı fərdi evlərdir.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar