Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə hər il 200 min nəfərə xərçəng diaqnozu qoyulur

Tarix: 11-10-2019 09:19     Baxış: 4219 A- / A+
Türkiyədə hər il 200 min nəfərə xərçəng diaqnozu qoyulur


Türkiyədə hər il 200 min nəfərə xərçəng diaqnozu qoyulur. Son hesablamalara görə, dünya üzrə bu xəstəliyə tutulanların sayı ildə 18 milyon nəfər təşkil edir.

Manevr.az azərtaca-a istinadən bildirir ki, statistik göstəricilərə görə, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəlikdir. Bu diaqnoz qoyulan insanlardan təxminən yarısı həyatını itirir.

Bu barədə məlumat verən Türkiyənin Hacettepe Universitetinin professoru Tezer Kutluk xərçəngdən qorunma və müalicə üsullarının yeni texnologiyalar vasitəsilə iki dəfə artdığını deyib. Onun sözlərinə görə, bu vasitələrdən düzgün istifadə edildiyi təqdirdə xərçəngdən ölüm faktlarını iki dəfə azaltmaq mümkündür.

Professor xərçəngin yaranma səbəbləri arasında siqaretçəkmənin ilk sıralarda olduğunu bildirib. Belə ki, tütün xərçəngin yaranmasına səbəb olan maddələrdən biridir. Ümumiyyətlə dünyada hər il tütünlə bağlı 5 milyondan çox ölüm faktı qeydə alınır. Tütünün səbəb olduğu xəstəliklərə nəfəs darlığı və ürək damar sistemi xəstəlikləri də aiddir.

Türkiyədə tütündən istifadə səbəbindən xərçəngə tutulanların sayı isə təxminən iki milyon nəfərdir.

İstanbul Mədəniyyət Universitetinin rektoru, Beynəlxalq Yaşılay Federasiyasının rəhbəri professor İhsan Karaman siqaretin yaratdığı xəstəliklər səbəbindən Türkiyədə hər gün 300 nəfərin öldüyünü deyir. Onun sözlərinə görə, tütünün yaratdığı xəstəliklər hər beş dəqiqədə bir insanın həyatına son qoyur. Bu insanların əksəriyyəti infarkt, ağciyər xərçəngi və xroniki bronxit səbəbindən dünyasını dəyişir.

İ.Karamanın sözlərinə görə ölkədə azyaşlılar arasında siqaret çəkənlərin yaşı 13-15-ə enib. Türkiyədə hər 10 kişidən və hər 20 qadından biri siqaret çəkir.

Professor ölkədə siqaretə hər gün 90 milyon, ildə isə 30 milyard türk lirəsinin xərcləndiyini də bildirib.

Dünya Səhiyyə Təşkilatı, ABŞ-ın Xərçəng Cəmiyyəti və Dünya Ağciyər Təşkilatının birgə hazırladığı "Tütün atlasına" görə Türkiyədə hər il dünyasını dəyişən kişilərin 31 faizi siqaretin yaratdığı xəstəliklər səbəbindən ölür. Bu göstəriciyə görə Türkiyə Şimali Koreyadan sonra ikinci yerdə durur. Ölkədə hər il bu səbəbdən dünyasını dəyişən qadınların sayı isə ümumi ölümlərin 12 faizini təşkil edir.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən verilən məlumata əsasən 2018-ci ildə ölkədə təxminən 172 milyard ədəd siqaret çəkilib. Bu rəqəm əvvəlki ilə nisbətən 10 faiz artıb.

Son hesablamalara görə, Türkiyədə hazırda təxminən 14,5 milyon nəfər siqaret çəkir ki, onların da təxminən 252 mini azyaşlıdır.

Onkoloqların fikrincə isə xəstəliklə mübarizədə əsas üsul erkən diaqnozdur. Yaranan problemin ilk mərhələdə aşkarlanması xərçəng kimi bir çox ağır xəstəliklərin sağalmasına kömək edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar